Qırmızı.az
Binaların zəlzələyə dayanıqlılığı yoxlanılacaq
Gələn ildən paytaxtda binaların zəlzələyə davamlılığı yoxlanılacaq. İlkin mərhələdə monitorinq Bakının mərkəzindəki yeni çoxmərtəbəli və köhnə binalarda, bundan başqa, Abşeron yarımadası və digər şəhərətrafı ərazilərdəki binalarda aparılacaq.
Bunu Publika.az-a açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, monitorinqin ötən əsrin 60-70-ci illəri, əsrin əvvəli və son illər tikilən binalarda aparılmasına önəm veriləcək.
“Bu işi almaniyalı mütəxəssislərlə birlikdə həyata keçirəcəyik. Cihazların alınması, maliyyə, treyninqlərin keçirilməsi almanlar, montaj və araşdırmanın aparılması isə bizim mütəxəssislərimiz tərəfindən aparılacaq. İşlərə gələn ilin mart ayından başlayacağıq. Monitorinq zamanı mühit, qurunt axıntıları, zəif təkanların təsirindən binalarda yarana biləcək və yaranmış problemləri müəyyən edəcəyik. Hər hansı binada sadaladığım səbəblərdən nasazlıq yaranıbsa, bunu müəyyən edəcəyik. Bu nasazlıq barədə Fövqəladə Hallar Nazirliyinə məlumat veriləcək. Problemin aradan qaldırılması istiqamətində işlər aparılacaq ki, sabah baş verəcək zəlzələdən bina tez dağılmasın, dayanıqlılığını saxlaya bilsin. Bundan başqa, qəzalı vəziyyətə səbəb olacaq hallar aradan qaldırılacaq ki, sakinlər üçün təhlükə yaratmasın. Hər bir tikili müəyyən müddət sonra kənar təsirlərdən zədələnə bilər. Çünki adi külək, yoldan keçən ağır tonnajlı maşın belə binanın möhkəmliyinə təsir edir. Problemi müəyyən etmək üçün binaların zirzəmilərində, müəyyən mərtəbələrində cihazlar qoyulacaq. Bu cihazlar müəyyən müddətdə monitorinq aparacaq, toplanılan məlumatlar mütəxəssislər tərəfindən təhlil ediləcək. Bu monitorinqin aparılması 2 ilədək vaxt aparacaq”.
Q.Yetirmişli bildirib ki, layihə tədricən bölgələri də əhatə edəcək:
“Son 10 ildə paytaxtda baş verən tikinti bumunu və sıxlığı nəzərə alıb monitorinqlərə Bakıdan başladıq. Lakin növbəti mərhələdə bu iş bölgələrdə də aparıla bilər”.
Gülxar
-
İdman03:35
Əfsanə Enrikeni ələ saldı: deyirdilər ki…
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO