Bakıda bu küçə bağlanır
Bizi izləyin

Qırmızı.az

Bakıda bu küçə bağlanır

Nizami rayonu Mikayıl Əliyev küçəsində aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq 2 noyabr tarixində səhər saatlarından həmin küçədə nəqliyyat vasitələrinin hərəkəti təmir işləri bitənədək tam olaraq məhdudlaşdırılır.

Bu barədə Publika.az-a “Azəryolservis” ASC-nin mətbuat xidmətindən məlumat verilib. Nəqliyyat vasitələrinin hərəkətinin tam olaraq məhdudlaşdırılması Mikayıl Əliyev küçəsinin Mehdi Abbasov və Rüstəm Rüstəmov küçələri arasında olan hissəsində aparılacaq. Həmin kəsişmələrdə yerləşən dairələrdə nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir məhdudiyyət olmayacaq.

Təmir-tikinti işlərinin aparıldığı hissənin uzunluğu 1375 metr, eni isə 26,5 metrdir. Artıq ərazidə səth sularının normal kənarlaşdırılması üçün yeni yağış-kanalızasiya sistemi yaradılıb, yeni yağış barmaqlıqları qoyulub, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənib.

Bundan başqa ərazidə köhnə səki daşlarının yenisi ilə əvəzlənməsi işləri də yekunlaşıb. Küçə boyu 1700 paqon metr yeni səki daşı düzülüb. Piyadaların rahat və təhlükəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə 1,5 metr enində yeni səkilər salınıb.

Təmir-tikinti işləri çərçivəsində küçənin 36500 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənəcək və yolun işıqlandırılması üçün hər iki tərəfdə yeni və müasir işıq dirəkləri quraşdırılacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm