Dərmanlar niyə yoxa çıxıb? - RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Qırmızı.az

Dərmanlar niyə yoxa çıxıb? - RƏSMİ AÇIQLAMA

Qiymətlərin endirilməsi dərmanları 8-10 dəfəyədək baha qiymətə satmaq istəyən firmaların imkanlarını məhdudlaşdıra bilər.

Publika.az xəbər verir ki, bu sözləri Tarif (qiymət) Şurasının katibi İlkin Məcidov "Xalq qəzeti"nə müsahibəsində deyib.

“Məlumdur ki, dərman vasitələrinin qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi, “tanıtma xərcləri”ni artıraraq hər hansı bir adda dərmanı 3-5 dəfə, bəzən 8-10 dəfəyədək baha qiymətə satmaqla məşğul olan “marketinq firmaları”nın imkanlarını məhdudlaşdırır və həmin firmalar hazırkı şərtlərlə razılaşmaya və həmin adda olan dərmanı ölkəyə gətirməyə bilərlər. Buna baxmayaraq, dünyanın aparıcı şikətlərinin istehsalı olan və həmin dərmanla eyni tərkibə malik çox adda dərmanlar ölkəmizə idxal olunur və vətəndaşlar bu dərmanları daha optimal və aşağı qiymətə alacaqlar”.

Tarif Şurasının rəsmisi qiymətləri təsdiq edilən bəzi dərmanların satışda olmamasının səbəbinə aydınlıq gətirib.

“Beynəlxalq təcrübədə də dövlət qeydiyyatından keçmiş dərman vasitələri adətən aktiv və passiv dərman vasitələri olmaqla iki qrupa ayrılır. Faktiki satışda olan dərman vasitələri aktiv, satışda olmayanlar isə passiv dərman vasitələri adlanır. Dərman vasitəsi qeydiyyatda olduğu müddət ərzində (Azərbaycanda qanunvericiliyə əsasən qeydiyyat vəsiqəsi hər dəfə növbəti 5 il üçün verilir) idxal, paylanma, marketinq siyasəti və s. kimi müxtəlif obyektiv səbəblərdən dəfələrlə gah aktiv, gah da passiv vəziyyətdə olur: "Ona görə də, Tarif Şurası tərəfindən təsdiq edilən qiymət cədvəlində dərman vasitələri ticarət adlarına görə deyil, tərkiblərinə (yəni, təsiredici maddələrə) əsasən sıralanıb".

Şura rəsmisi qiymətləri tənzimlənən dərman vasitələrinin həm tərkibi üzrə, həm də ticarət adına görə ümumi siyahısının qurumun rəsmi internet saytının (tariff.gov.az) "Dərman vasitələri" bölməsində yerləşdirildiyini və əlavə qiymətlər təsdiq olunduqca yeniləndiyini vurğulayıb: "İstehlakçılar qiymət cədvəli ilə tanış olduqda həmin dərmanın qiyməti ilə yanaşı tərkibi, eyni xəstəliklərin müalicəsi baxımından hansı alternativlərinin olduğu və hansı ölkədə istehsal edildiyi barədə müfəssəl məlumata sahib olurlar. Çünki dərman vasitələrinin qiymətləri məhz onların tərkibləri nəzərə alınaraq, optimal səviyyədə müəyyən edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm