Valideyn məsuliyyətsizliyi, təhsildən yayınma, intihar…
Bizi izləyin

Qırmızı.az

Valideyn məsuliyyətsizliyi, təhsildən yayınma, intihar…

"Uşaqların əsas problemlərindən ən əsası təhsildən yayınmaqdır ki, bu da valideyn məsuliyyətsizliyi ilə əlaqədardır".

Bu sözləri Publika.az-a açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova deyib.

Şöbə müdirinin sözlərinə görə, digər problem son günlər aktual olan uşaq intiharlarıdır: “İntihar məsələsində həm də məktəb psixoloqlarının üzərinə məsuliyyət düşür. Bu sahədə boşluqlar var. Psixoloq hadisə baş verəndən sonra deyil, ondan əvvəl iş görməlidir. Bunun üçün də Komitə tərəfindən ötən ildən başlayaraq Bakı şəhərinin bütün rayonları, o cümlədən Abşeron rayon məktəblərinin psixoloqları ilə iş aparılıb. Növbəti ildə ilk olaraq Qobustan məktəblərində psixoloqlar üçün seminarlar keçirəcəyik.

Bu gün Azərbaycanda uşaqlara qarşı zorakılıq həm ailədə, həm də uşaqların bir-birilərinə qarşı, valideyn məsuliyyətsizliyindən baş verir. Bunların qarşısını almaq üçün treninqlər keçiririk, uşaqlarla danışıqlar aparırıq. Uşaqların hüquqlarının ən çox harada pozulduğunu konkret demək olmur. Amma uşağın tərbiyəsi ilə məşğul olan şəxslər bu hallara qarşı mübarizə apara bilərlər. Bundan başqa, uşaqlara psixoloji dəstəyin göstərilməsi üçün biz də paralel olaraq valideyn və məktəblərlə işləyirik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm