3 gündə Bakıya aylıq normanın 86 faizi qədər yağıntı düşüb
Bizi izləyin

Qırmızı.az

3 gündə Bakıya aylıq normanın 86 faizi qədər yağıntı düşüb

Noyabrın 7-dən 10-dək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, Abşeron yarımadasının bəzi yerlərində intensiv, Lənkəran-Astara zonasında güclü olub.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 20-30 mm (aylıq normanın 86 faizi), Lənkəran-Astara zonasında 69-122 mm (aylıq normanın 44-72 faizi), Mərkəzi Aran rayonlarında 13-19 mm (aylıq normanın 41-66 faizi), Böyük Qafqazda 10-19 mm (aylıq normanın 38 faizi) təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm