İlham Rəhimovun kitabı bolqar dilində
Bizi izləyin

Qırmızı.az

İlham Rəhimovun kitabı bolqar dilində

Hüquq elmləri doktoru, professor İlham Rəhimovun Moskvada rus dilində çap edilmiş “Filosofiya prestupleniya i nakazaniya” (“Cinayət və cəzanın fəlsəfəsi”) adlı kitabı beynəlxalq hüquq aləmində geniş maraq doğurduğundan, Bolqarıstanın Elimlər Akademiyasının və hüquqşünas alimlərinin təşəbbusu ilə bolqar dilidə çap olunub.

Publika.az xəbər verir ki, nəfis üslubda nəşr olunmuş kitabda cinayət hüququnun təməl problemlərindən bəhs olunur. Müəllif cinayətin mənbəyinə və səbəblərinə, eləcə də cəzanın məzmununa fəlsəfi mövqedən yanaşıb. Kitab hüquq fakültələrinin müəllimləri, aspirantlar və tələbələr, eləcə cinayət hüququ sahəsində ixtisaslaşmış hüquq-mühafizə orqanları işçiləri, nəzəriyyəçilər üçün nəzərdə tutulub. Nəşrdən həmçinin, sosioloqlar, psixoloqlar və cinayətkarlıqla mübarizənin aparılmasına maraq göstərən hər kəs yararlana bilər.

Eyni zamanda qeyd etmək istəyirik ki, bu kitab rus dilində yazılmasına baxmayaraq, Azərbaycan, türk, italyan, yəhudi, ingilis dillərinə tərcümə edilərək çap edilib. Bundan başqa kitabı Çin Xalq Respublikasının hüquq alimləri tərəfindən bəyənilib və bu məqsədlə çin dilinə tərcümə edilməsi təşəbbüsü ilə çıxış ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm