Qırmızı.az
Kərəm Həsənov Almaniyada səfərdə olub
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Almaniyanın Berlin şəhərində işgüzar səfərdə olub.
Publika.az xəbər verir ki, səfər çərçivəsində Komitə sədri Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə Almaniyanın Federal VIII Baş İdarəsinin rəhbəri cənab Bruno Kahl ilə görüşüb. Görüşdə Əmlak Məsələləri Dövlət Komitəsi və Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə Almaniyanın Federal VIII Baş İdarəsi arasında əməkdaşlıq barədə imzalanıb, Anlaşma Memorandumundan irəli gələn məsələlər müzakirə edilib.
Görüş çərçivəsində həmçinin cari il ərzində dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində hər iki ölkənin əldə etdiyi nailiyyətlərdən danışılıb, dövlət əmlakının daha səmərəli üsullarla və şəffaf şəkildə özəlləşdirilməsi haqqında geniş fikir mübadiləsi aparılıb və ölkələrin müvafiq təcrübələri ilə bağlı tərəfləri maraqlandıran suallar aidiyyəti üzrə cavablandırılıb.
Tərəflər mövcud əməkdaşlıq əlaqələrinin gələcəkdə də inkişaf
etdiriləcəyi və möhkəmləndiriləcəyinə əminliklərini bildirib.
Qeyd edək ki, 2013-cü ilin fevral ayında dövlət əmlakının idarə
edilməsi və özəlləşdirilməsi sahəsində ikitərəfli əməkdaşlığa dair
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə
Dövlət Əmlakının Özəlləşdirilməsi üzrə Almaniyanın Federal VIII Baş
İdarəsi arasında Anlaşma Memorandumu imzalanıb. Memorandumda dövlət
əmlakının idarə edilməsi və özəlləşdirilməsi ilə bağlı
qanunvericilik sahəsində qarşılıqlı yardım, təcrübə və məlumat
mübadiləsi, qarşılıqlı işgüzar səfərlərin təşkili, məsləhət
xidmətlərinin göstərilməsi və investorların özəlləşdirmə prosesinə
cəlb edilməsi sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulub.
Anlaşma Memorandumu Azərbaycan Respublikası Prezidentinin müvafiq
Fərmanı ilə təsdiq edilib.
Baş İdarə Almaniyada sənaye müəssisələri və federal daşınmaz
əmlakın özəlləşdirilməsi və idarə edilməsi sahəsində fəaliyyət
göstərən dövlət qurumudur.
-
Dünya00:55İsrail Xəzər dənizində İran gəmilərinə zərbələr endirdi - İlk dəfə
-
ABŞ18 Mart 21:39ABŞ vizası almaq istəyənlərin nəzərinə: On beş min dollar və ya…
-
Dünya18 Mart 20:12İranın xəbərdarlığı bazarları silkələdi: Neft obyektləri boşaldılır
-
İnanc18 Mart 19:50Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
-
Kriminal18 Mart 19:4016 yaşlı Nuranəni boğaraq Kürə atan şəxsin cəzası ağırlaşdırıldı
-
Region18 Mart 18:50Pezeşkian onların ölümündən yazdı
-
Rəsmi xronika18 Mart 18:40Prezident Xanoba kəndində görülən işlərlə tanış oldu - Yeniləndi
-
Rəsmi xronika18 Mart 17:48İlham Əliyev sərəncam imzaladı






































