Qırmızı.az
Hansı yollarda hərəkət məhdudlaşdırılacaq?
Martın 19-dan etibarən Bakıda bir sıra yollarda hərəkət tam məhdudlaşdırılacaq, hərəkətin istiqaməti dəyişdiriləcək. Bu barədə Trend-in sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi (DİN) Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov bildirib.
Bölmə rəisinin sözlərinə görə, sabah, martın
19-dan etibarən Bakıda İçərişəhər - Qoşa Qala Qapısı meydanında
şənliklərin keçirilməsinə başlanılır. Bu səbəbdən paytaxtın bəzi
yollarında hərəkət tam məhdudlaşdırılacaq: "Tədbirlərin
başlanılması ilə əlaqədar sabah səhər saat 7:00-dan etibarən
Azərbaycan prospektinin İstiqlaliyyət küçəsi ilə kəsişməsindən Əziz
Əliyev küçəsi, Qoşa Qala Qapısı və Gənclər meydanı istiqamətində
avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulacaq və istiqamət
dəyişdiriləcək. Ona görə də şənlik iştirakçılarının
təhlükəsizliyinin təmin edilməsi, onların rahat və fasiləsiz
hərəkətinin təşkil edilməsi məqsədilə avtomobil sahibləri və
sürücülərə alternativ yollardan istifadə edilməsi tövsiyə
olunur".
V.Əsədov qeyd edib ki, tədbir Qoşa Qala Qapısı
meydanından başlayacaq, İçərişəhərdə, Qız Qalası ətrafında, daha
sonra Neftçilər prospekti və Dənizkənarı Milli Park boyu davam
edəcək: "Xüsusilə bayram günlərində Dənizkənarı Milli Park boyu
şənliklərin keçirildiyi müddətdə bulvar boyunca Neftçilər
prospektində nəzarət gücləndiriləcək, təhlükəsizlik təmin ediləcək.
Ona görə də əhalidən xahiş edilir ki, şəxsi avtomobillərdən az
istifadə etsinlər, avtomobilləri yol nişanlarının təsir zonalarında
saxlamasınlar, ictimai nəqliyyatdan istifadəyə üstünlük versinlər.
Tədbirə qatılmaq üçün avtomobillə gələnlər şəxsi nəqliyyat
vasitələrini yaxınlıqdakı çoxmərtəbəli avtomobil duracağında
saxlaya bilərlər".
Onun sözlərinə görə, paytaxtda Novruz bayramı ilə
bağlı şənliklərin keçirilməsi ilə əlaqədar Neftçilər prospektində
hərəkətin sıxlığından asılı olaraq Bakı-Salyan yolunun 14-cü
km-dən, Bayıl dairəsindən və "20-ci sahə" dairəsindən
avtomobillərin istiqaməti dəyişdirilə bilər.
Bölmə rəisi xəbərdarlıq edib ki, gücləndirilmiş iş
rejimində çalışacaq Bakı şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən
paytaxt ərazisində avtomobillərin dayanma, durma, parklanmanı
qadağan edən nişanların təsir zonasında saxlanılmasına qarşı
tədbirlər bayram günlərində də davam etdiriləcək: "Ailə büdcəsinə
qənaət etməyi tövsiyə edirik. Əks halda kimliyindən asılı
olmayaraq, xəbərdarlıq edilmədən avtomobillərini həm yol
nişanlarının təsir zonasında saxlayanlara, həm də ümumiyyətlə yol
hərəkəti qaydalarını pozanlara qarşı sərt tədbirlər
görüləcək".
Bundan əlavə, bölmə rəisi bayram günlərini
bölgələrdə keçirmək istəyənlərin diqqətinə çatdırıb ki, hərəkətdə
olarkən diqqətli olsunlar, unutmasınlar ki, yol boyu
nəzarət-müşahidə kameraları vasitəsilə avtomatik olaraq qanun
pozuntuları qeydə alınır: "Xüsusilə onlara gecənin qaranlıq
vaxtları, yorğun, xəstə vəziyyətdə yola çıxmamağı, yol qəza
hadisələrinin baş verməməsi üçün ötmə əməliyyatlarını apararkən
diqqətli olmalarını tövsiyə edirik".
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR