Qırmızı.az
Millət vəkili autizmli uşaqlarla görüşüb
Millət vəkili Qənirə Paşayeva autizmli uşaqlar və ailələri ilə görüşüb.
Publika.az xəbər verir ki, görüşdə autizm sindromlu övladı olan bir çox ailələrlə geniş müzakirələr aparıb. Onların qarşılaşdıqları problemləri diqqətlə dinləyən millət vəkili autizm sindromlu uşaqların cəmiyyətə inteqrasiyası yönümündə artıq ölkəmizdə bu sahədə geniş müzakirələrin aparıldığını qeyd edib.
Q. Paşayeva bu problemlə bağlı qanunvericilik sahəsində qısa bir zamanda addımlar atılması ilə yanaşı, autizmli uşaqlar üçün xüsusi bir dövlət mərkəzinin yaradılmasına ciddi ehtiyac olduğunu bildirib. O, bildirib ki, belə uşaqların cəmiyyətə daha yaxşı inteqrasiyası üçün həmin mərkəzdə uşaqlar pulsuz, dövlət hesabına peşəkar mütəxəssislər tərəfindən lazımi dəstəyi alarsa, belə uşağın gələcəyini xilas edə bilərik.
Autizm barədə cəmiyyət mütləq geniş şəkildə maarifləndirilməlidir deyən millət vəkili Qənirə Paşayeva görüşdə iştirak edən hər bir ailə və autizmli uşaqla ayrıca söhbət edərək qayğılarını dinləyib.
Qeyd edək ki, tədbir Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi, Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu və Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin təşkilatçılığı ilə keçirilib.
-
Nida Xəbər 14:24Azərbaycandan qayıdan Türkiyə təyyarəsini İsrail vurub?
-
Rəsmi xronika13:56Prezident onları qəbul etdi - YENİLƏNDİ
-
Nida Xəbər 13:06Xanımı Polad Həşimovun həmin fotosunu paylaşdı...
-
Nida Xəbər 12:32Bu, Ankara və Bakı üçün müstəqil bir dəyərdir və çox əvvəl hazırlanıb - Moskvadan etiraf
-
Yaxın Şərq10:26Trampın çıxışı İsraili təşvişə saldı: Bu ölkələr İrandan asılı vəziyyətə düşəcək
-
MDB09:30Rusiyadan Ermənistana dəmir yolu ilə bağlı təhdid: Nəticəsi acınacaqlı olacaq
-
Dünya08:4954 illik fasilədən sonra aya ilk uçuş gerçəkləşdi
-
Dünya08:33Bu ölkədə 7,4 bal gücündə zəlzələ oldu - Ölən var






































