Qırmızı.az
İbad Hüseynovla bağlı prezidentə müraciət edildi
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi (AVMVB) ölkə prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət ünvanlayıb.
Modern.az saytının məlumatına görə, 64 min müharibə veteranı adından ünvanlandığı bildirilən müraciətin müəllifi AVMVB sədri Füzüli Rzaquliyev keçmiş döyüşçü İbad Hüseynova Milli Qəhrəman adının verilməsini xahiş edib.
Müraciətdə bildirilib:
“Xocavənd rayon sakini, 2-ci qrup müharibə əlili, “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov təşkilatımızın rəhbərliyinə müraciət edərək, erməni işğalçılarına qarşı döyüşlərdə göstərdiyi xidmətlərə görə layiq olduğu adın ona verilməsinə köməklik göstərilməsini xahiş edib. Belə ki, həqiqətən o, Qarabağ uğrunda gedən döyüşlərdə xüsusi mərdlik və şücaət göstərmişdir".
AVMVB sədri xatırladıb ki, İbad Hüseynovun xidmətləri mərhum prezident Heydər Əliye tərəfindən elə səngərdəcə qiymətləndirilmiş və onu Azərbaycanın Milli Qəhrəmanı adlandırılmışdı.
"Cənab Ali Baş Komandan!
İbad Hüseynovun Vətən qarşısındakı döyüş xidmətlərini və ən başlıcası ulu öndərimiz tərəfindən Azərbaycanın Milli Qəhrəmanı adlandırılmasını nəzərə alaraq ona “Milli Qəhrəman” adının verilməsini Sizdən xahiş edirik.
Müharibə adamlarına göstərdiyiniz həssas qayğıkeş münasibətiniz bizə ümid verir ki, müraciətimizi nəzərə alacaqsınız.
Bu, Sizin VƏTƏNƏ, TORPAĞA, MİLLƏTƏ olan sevginizdən irəli gəlir.
Bu gün müharibə veteranına göstərilən qayğı sabahkı qələbəmizə böyük köməkdir”-deyə müraciətdə vurğulanıb.
Qeyd edək ki, “Azərbaycan Bayrağı” ordeni kavaleri və kəşfiyyat-diversiya dəstəsinin komandiri İbad Hüseynov Qarabağ müharibəsi qəhrəmanı kimi tanınır. O, 1993-cü il 12 iyun tarixində məşhur erməni terrorçu Monte Melkonyanı öldürməsiylə məşhurdur.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı