Baş prokuror Xaçmaza gedir
Bizi izləyin

Qırmızı.az

Baş prokuror Xaçmaza gedir

Baş prokuror Zakir Qaralov cari il dekabrın 4-də saat 11:00-da Xaçmaz rayon prokurorluğunun inzibati binasında Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcək.

Baş Prokurorluqdan Publika.az-a verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Xaçmaz şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm