Qırmızı.az
Argentinada Novruz bayramı qeyd edilib
Martın 19-də Azərbaycanın Buenos-Ayresdəki Səfirliyi və La Plata Dövlət Universitetinin Beynəlxalq Əlaqələr İnstitutunda fəaliyyət göstərən Azərbaycanşünaslıq Kafedrasının birgə təşəbbüsü ilə sözügedən Universitetdə Novruz bayramı ilə əlaqədar tədbir keçirilmişdir.
Trend-in məlumatına görə, tədbirin əvvəlində Novruz bayramının
Azərbaycanda qeyd olunmasını, müvafiq adət və ənənələrimizi əks
etdirən video-çarxlar nümayiş etdirilmişdir.
Sonra, çıxış edən Səfirliyin əməkdaşı Aynurə Hüseynova Novruz
bayramının mifologiyası və fəlsəfəsi, Novruz adətləri və onların
mənası barədə təqdimat
etmişdir.
Ardınca Azərbaycanşünaslıq kafedrasının əlaqələndiricisi professor
Paulo Botta Novruzun Azərbaycanın sosial-mədəni həyatındakı rolu, habelə, bu
bayramın beynəlxalq səviyyədə qeyd edilməsi barədə danışmışdır.
Daha sonra, Argentinanın "Sonidos Turquesas" musiqi qrupu "Girdim
yarın bağçasına", "Ay qız", "Ayrılıq", "Bu qala daşlı qala" kimi
Azərbaycan musiqi parçalarını, habelə, bəstəkar Vaqif
Mustafazadənin "Düşüncə" kompozisiyasını ifa etmişlər.
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi