Qırmızı.az
Gəncədə “Açıq qapı” günü - FOTOLAR
Dekabrın 4-də Dövlət Sosial Müdafiə Fondu “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Gəncə şəhərində regional “Açıq qapı günü”- vətəndaş forumu keçirib. “Dövlət qulluqçularının pensiya təminatı: fərdi uçot əsaslı sosial sığortalanma və əlavə imtiyazlar” mövzusuna həsr olunan tədbirdə sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak edib.
Vətəndaş forumunda sığortaolunanlar və pensiyaçıların çoxsaylı sualları cavablandırılıb, dövlət qulluqçularının sosial sığortalanması və pensiya təminatı məsələləri ilə bağlı ətraflı müzakirələr aparılıb.
Geniş maraq doğuran müzakirələrin gedişində vətəndaşları məlumatlandıran Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Famil Qədimov bildirib ki, 1 oktyabr 2015-ci il tarixə olan statistikaya əsasən, ölkəmizdə dövlət qulluqçusu kimi pensiya alanların sayı 14630 nəfər təşkil edir.
Onun sözlərinə görə, həyata keçirilən islahatlar çərçivəsində dövlət qulluqçularının fərdi uçot sistemi ilə əhatə olunması və sığorta-pensiya sistemi vasitəsilə pensiya təminatı reallaşdırılıb. Nəticədə dövlət qulluğunda çalışmış şəxslərə pensiyaların təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşındakı artımlara uyğun yenidən hesablanır:
“Dövlət qulluqçusu kimi pensiya alanların 60,27 faizi yaşa görə, 26,56 faizi əlilliyə görə, 13,17 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçusu kimi pensiya alanların 69,99 faizi kişilər, 30,01 faizi isə qadınlardır. Hazırda dövlət qulluqçularının orta aylıq pensiya məbləği 482,09 manatdır. Bu qəbildən olan pensiyaçılar ölkə üzrə pensiyaçıların 1,1 faizini təşkil edir”.
Dövlət qulluqçularının fərdi hesablarına toplanan sosial sığorta haqları ilə bağlı sualları cavablandıran şöbə müdiri diqqətə çatdırıb ki, həmin şəxslərə ilk növbədə fərdi uçot məlumatları əsasında ümumi qaydada pensiya hesablanır, sonra isə həmin məbləğ dövlət qulluğunda xidmət illərindən asılı olaraq müəyyən edilən həddə çatdırılır. F. Qədimovun sözlərinə görə, bunun üçün ümumi qaydada hesablanan pensiyaya edilən əlavə qulluq stajına görə əlavə adlanır. Buradan aydın olur ki, dövlət qulluqçularının da pensiyasının məbləği fərdi uçot əsasında hesablanır, lakin həmin məbləğ bəlli həddən aşağı olduqda ona əlavə edilməklə bu həddə çatdırılır. Bu hal işləyən vətəndaşları dövlət qulluğunda xidmətə stimullaşdıran əsas cəhətlərdəndir.
Dövlət Sosial Müdafiə Fondunun digər əməkdaşı Elnur İbrahimovun Fondun fəaliyyət istiqamətləri barədə çıxışından sonra diskussiyalarla davam etdirilən regional vətəndaş forumunda iştirakçıların mövzu ilə bağlı əlavə sualları cavablandırılıb, təklifləri müzakirə edilib.
Gülnar Əliyeva
-
Region09:48
Ermənistan ordusunda xaos: Hazırda neçə əsgər intihar haqda düşünür?
-
Magazin109:12
Bakıda hər kəsi heyran edən maşının sahibi görün kim imiş - FOTO
-
Sosial08:00
Laçın bir ailəlik kəndi kimsəsiz qoyacaq - VİDEO
-
Ekologiya07:17
Bakıda yağış yağacaq, külək əsəcək - PROQNOZ
-
Səhiyyə06:46
Süni intellekt can həkimimiz ola bilər
-
Magazin206:26
Hollivudun ukraynalı gözəli yeni filmini təqdim etdi - FOTO
-
Region05:45
Türkiyəli məşhur aşpaz Nüsret necə milyonçu oldu? - VİDEO
-
Region01:21
Türkiyənin ən yaşlı insanı 117 yaşında VƏFAT ETDİ