Yağış Bakı küçələrində tıxac yaratdı
Bizi izləyin

Qırmızı.az

Yağış Bakı küçələrində tıxac yaratdı

Bu gün səhər saatlarında Bakının yollarında nəqliyyat vasitələrinin böyük sıxlığı müşahidə edilir.

Bu barədə Publika.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilir.

Hazırda əsas sıxlıq Ziya Bünyadov prospekti (hər iki istiqamət), Nobel prospekti (şəhər istiqaməti), Heydər Əliyev prospekti (kənar yol/ alternativ olaraq əsas yol ), habelə Səməd Vurğun küçəsi, Bakı-Sumqayıt şosesində (paytaxta doğru) nəqliyyat vasitələrinin sıxlığı mövcuddur.

Bundan başqa, nisbi sıxlıq isə Bakının Abbasqulu ağa Bakıxanov küçəsi, Yusif Səfərov küçəsi (şəhər istiqamətində), Rəşid Behbudov küçəsi, Tbilisi prospekti (şəhərə doğru/ alternativ yol - Həsən Zərdabi küç.), o cümlədən Üzeyir Hacıbəyov küçəsində (alternativ yol - 28 May küç) izlənilir.

Ehtimal edilir ki, yollarda sıxlıq yağan yağış nəticəsində yaranıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm