• USD 1,7000 0,00% EUR 2,0567 -0,75%
    • GBP 2,3990 -0,51% RUB 0,0236 -0,42%

“BakıKart”da bu yeniliklər gözlənilir

“BakıKart”da bu yeniliklər gözlənilir

Bu ilin avqust ayından nəqliyyatda vahid kart sisteminin tətbiqinə başlanılıb. Lakin “Bakı kart”ların ödəniş terminallarının bütün dayanacaqlarda olmaması sərnişinlər arasında narazılığa səbəb olur. Bəzən sərnişin kartının balansını artırmaq üçün növbəti dayanacağa qədər getməli olur. Bəs nə zaman bütün dayanacaqlarda “BakıKart” terminalı qoyula bilər?

“BakıKart” layihəsinin rəhbəri Ceyhun Əliyev Publika.az-a açıqlamasında bildirib ki, hər yeni marşrut xətti istifadəyə veriləndə həmin xətt analiz olunur və yeni avadanlıqlarla təmin olunur.

“Hər bir dayanacaqda minən sərnişinlərin sayını analiz edə bilirik. Həmin analizlər nəticəsində ehtiyac yarandığı halda əlavə aparatların quraşdırılması həyata keçirilə bilər”.

Bəzi dayanacaqlarda “BakıKart” aparatlarının yerləşdirilməməsi ilə bağlı narazılığa gəldikdə, C.Əliyev bildirib ki, bütün dayanacaqlarda terminala ehtiyac yoxdur:

“Hər bir marşrut xəttinin keçdiyi ərazilər analiz edilir. Hər hansı dayanacaqda terminalın qoyulmaması 100-150 metr məsafədə mətbuat köşkünün olması ilə əlaqədardır. Çünki bu köşklərdən kart almaqla yanaşı, balansı da artırmaq mümkündür. Hesab edirik ki, bütün dayanacaqlarda terminalların quraşdırılmasına ehtiyac yoxdur. Çox nadir halda dayanacaqda terminal olmadığı halda, yaxınlıqda da mətbuat köşkü olmur. Buna səbəb həmin dayanacaqdan istifadənin çox az olması ilə əlaqədardır”.

Ödəniş problemini aradan qaldırmaq üçün C.Əliyev gələcəkdə “BakıKart” üçün balansın onlayn artırılmasının planlaşdırıldığını deyib:

“Layihə çərçivəsində təmassız bank kartlarından və NFC təmassız mobil ödəmə sistemlərindən də istifadə də nəzərdə tutulub. Bu yeniliklərlə bağlı konkret vaxt demək çətindir. Lakin bu yeniliklər üzərində işləyirik”.

Gülxar

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR