Qırmızı.az
Bu fəaliyyət növü də lisenziyalaşdırılır
“Bu gün cəmiyyətdə istər məişətdə, istərsə də işdə gərginlikdə olan insanlar var. Lakin onlara yardım göstərəcək kadrların səviyyəsi, səlahiyyəti barədə, hüquqi əsasların olub-olmaması barədə boşluqlar var”.
Bunu Publika.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib.
Onun sözlərinə görə, bu boşluqdan istifadə edərək heç bir psixoloji, tibbi təhsili olmayan və bəzən ümumiyyətlə, təhsili olmayan işbaz insanlar müəyyən kabinetlər açırlar:
“Guya psixoloji yardım etdikləri ilə bağlı reklamlar hazırlayırlar. Lakin onlar nəinki psixoloji yardım edir, əksinə, çox zaman insanlara daha pis təsir göstərirlər. Onların sertifikasiyası, sənədlərinin olub-olmaması, attestasiya və lisenziyası məsələsində boşluq olduğuna görə hüquqi baxımdan tənzimlənmir. Bu gün bütün dünyada olduğu kimi Azərbaycanda da bir sıra insanların psixoloji yardıma ehtiyacı var. İstər pedaqoji, istərsə də kliniki psixologiya elmi əsaslar üzərində qurulmalı, fəaliyyət göstərməlidir. Psixoloq konflikt, stresslə üzləşən insanlara yardım göstərməlidir”.
Millət vəkilinin sözlərinə görə, bütün bunları nəzərə alaraq Azərbaycanda “Psixoloji yardım haqqında” qanun layihəsi hazırlanması məsələsi gündəmə gəlib.
“Bu qanunun hazırlanmasına sosial sifariş və zərurət var. Psixoloji yardımın göstərilməsi, çərçivələri müəyyənləşməlidir. Kimlərin hansı həddə psixoloji yardım göstərə biləcəyi, pedaqoji psixologiya ilə kimlərin məşğul ola biləcəyi gündəmə gəlir. Bu işin dövlət, özəl sektorda necə qurulmasına da diqqət edilməlidir. Qanun qəbul olunandan sonra psixoloji xidmət lisenziyalaşdırılacaq”.
M.Quliyev qanun layihəsinin yaz sessiyasında müzakirəyə çıxarılacağını bildirib.
Gülxar
-
Enerji17:19
Neft qiymətləri ilə bağlı qeyri-müəyyənlik: Hərbi-siyasi gərginlik olduqca...
-
Sosial16:16
“Allahşükür Paşazadənin, Ramil Usubovun evində işləmiş qadın: "Haqqımı halal etmirəm"
-
Hadisə15:47
Bakı metrosunda qatar yoluna düşən sərnişin vəfat etdi - VİDEO
-
Rəsmi xronika15:30
İlham Əliyev Zəngilana getdi - YENİLƏNDİ
-
Cənubi Qafqaz15:07
Qərbi Azərbaycana qayıdış sülh müqaviləsinə daxil edilib? - Rəsmi açıqlama
-
İdman14:08
Ronaldonun Corcinası fanatlarını yenə ovsunladı: Çılpaq və heyranedici FOTOLARLA
-
Sosial13:23
Zakir Qaralovun qohumuna yüksək vəzifə verildi
-
Cənubi Qafqaz12:15
Bakı İrəvanda bu küçənin adının ləğvini tələb edə bilər