Qırmızı.az
“Azərişıq”dan sayğac oğurluğu ilə bağlı AÇIQLAMA - VİDEO
Bu gün bir sıra mətbu orqanlarda paytaxtda mənzillərin elektrik sayğaclarının oğurlanması barədə görüntü yayılıb.
Görüntülərdən məlum olur ki, orta yaşlı naməlum kişi dekabrın 12-də saat 13 radələrində Süleyman Sani Axundov 1b ünvanında yerləşən yaşayış binasının blokuna daxil olduqdan sonra elektrik təchizat qutusundakı sayğacları söküb aparmaq üçün əvvəlcə qısaqapanma yaradır. Bu yolla mənzil sahibinin evdə olub-olmadığını müəyyənləşdirir.
Daha sonra sayğaca qoşulan və ondan ayrılan ana xətti zəif kabellə birləşdirir. Naməlum şəxs avtomatı oğurlayıb getdikdən bir neçə dəqiqə sonra isə zəif naqil qızaraq sıradan çıxır.
“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev Publika.az-a açıqlamasında faktdan məlumatlı olduqlarını bildirib:
“Sayğacların oğurlanmasından məlumatımız var. Abonentlərə müraciət edirik ki, onlar da belə hallara qarşı diqqətli olsunlar. Əgər kimisə binaların girişində, bloklarda görsələr, bizə müraciət etsinlər”.
O əlavə edib ki, elektrik sayğacları mənsub olduqları mənzilin mülkü sayılır: “Abonent onu qorumalı, daim diqqətdə saxlamalıdır. Əgər elektrik sayğaclarına kənar şəxslər yaxınlaşsa, onlardan kimlikləri, nə üçün elektrik avtomatlarına yaxınlaşmaları soruşulmalıdır. Belə hallara qarşı birlikdə mübarizə aparmalıyıq”.
Anar Tağıyev
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı