Bakı yol polisindən sürücülərə - Xəbərdarlıq
Bizi izləyin

Qırmızı.az

Bakı yol polisindən sürücülərə - Xəbərdarlıq

Bakı yol polisindən sürücülərə xəbərdarlıq

Bakının əsas prospektində nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb, digər istiqamətlər isə üzrə hərəkət məhdudlaşdırılıb.

Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov Trend-ə bildirib ki, Heydər Əliyev prospektində, "Şəfa" stadionunun qarşısında əlavə informasiya lövhələrinin quraşdırılması ilə əlaqədar olaraq, həmin ərazidə yolun şəhər istiqamətində olan hissəsində avtomobillərin hərəkətində qoyulan məhdudiyyət aradan götürülüb, hərəkət tənzimlənib və avtomobillər paytaxtın mərkəzinə doğru rahat və fasiləsiz hərəkət edə bilir.

V.Əsədov əlavə edib ki, informasiya lövhələrinin quraşdırılması tam başa çatana qədər, paytaxtın mərkəzindən "Şəfa" stadionunun yanından keçməklə paytaxtın 8-ci km qəsəbəsi, Zabrat, Maştağa, Buzovna, Qala, Pirallahı və Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətləri üzrə digər ərazilərə gedən sürücülərin nəzərinə çatdırılır ki, mərkəzi yolla avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulub, əlavə yolla isə fasilərlə avtomobillərin hərəkəti tənzimlənir.

V.Əsədovun sözlərinə görə, işin tam başa çatması üçün, əlavə yol ilə də hərəkət edən avtomobillərin hərəkətinə məhdudiyyət qoymaqla istiqamət dəyişdiriləcək:

"Hazırda həmin istiqamətlər üzrə, Heydər Əliyev Mərkəzi yanından mərkəzi yolla Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Ona görə də, sürücülərin nəzərinə çatdırılır ki, qeyd edilən işlər başa çatana qədər, alternativ yol kimi, Babək prospekti və yaxud Nobel prospektindən, eləcə də Ziya Bünyadov prospektindən istifadə etməklə sərbəst hərəkət edə bilərlər".

Bölmə rəisi həmçinin paytaxtın Bakıxanov küçəsinin Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişən hissəsindən yeni asfalt örtüyünün çəkilməsi ilə əlaqədər sürücüləri diqqətli olmağa çağırıb: "Yəni sürücülərə həmin ərazilərdən keçərkən alternativ yollardan istifadə etməyi tövsiyə edirik".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm