Qırmızı.az
Təhsil Nazirliyində struktur dəyişiklikləri olub
Təhsil Nazirliyində struktur dəyişiklikləri olub.
Bu barədə "Report"un sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.
Təhsil naziri Mikayıl Cabbarovun müvafiq əmrinə əsasən, İqtisadiyyat şöbəsinin bazasında Maliyyə və Audit şöbələri yaradılıb. Eləcə də İlk peşə və orta ixtisas şöbəsi ləğv edilərək, İlk peşə-ixtisas təhsili sektoru yaradılıb. İnsan resursları şöbəsinin Əlavə təhsil sektorunun adı dəyişdirilərək, Dövlət qulluğu məsələləri sektoru, Məktəbəqədər və ümumi təhsil şöbəsi isə Ümumi təhsil və məktəbəqədər təhsil şöbəsi adlandırılıb.
Elm və ali təhsil şöbəsinin adı dəyişdirilərək, Elm, ali və orta ixtisas təhsil şöbəsi olub. Şöbənin Tələbələrə dəstək və mübadilə proqramları və Ali təhsil sektorlarının bazasında Ali, orta ixtisas və əlavə təhsil sektoru yaradılıb.
Hüquqi ekspertiza və lisenziyalaşdırma şöbəsinin adı dəyişdirilərək, Hüquq şöbəsi, həmin şöbənin Lisenziyalaşdırma və akkkreditasiya sektoru Normativ-hüquqi təminat sektoru adlandırılıb.
Qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələriylə iş sektorunun adı dəyişdirilərək, İctimaiyyətlə əlaqələr sektoru adlandırılıb.
Həmçinin, Protokol sektoru Beynəlxalq əməkdaşlıq şöbəsinin tərkibinə verilib.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO