Sürüşmə qurbanlarının sayı artır: 10 ölü, 176 itkin - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Sürüşmə qurbanlarının sayı artır: 10 ölü, 176 itkin - FOTOLAR

ABŞ-ın Vaşinqton ştatındakı torpaq sürüşməsində həlak olanların sayı artıq 24 nəfərə çatıb.

Milli.Az CNN-ə istinadən bildirir ki, sürüşmə nəticəsində itkin düşmüş 186 nəfərin arasında 10 nəfərin cəsədinin tapılması polislərlə xilasedicilərin axtarışlarını daha da intensivləşdirib.


"İtkin düşənlərin onlarla qohumu bizə müraciət edib. Hələlik itkin düşmüş sayılan insanların hamısının dağılmış binaların qalıqları altında olduqlarını düşünmürük. Hazırda siyahını dəqiqləşdiririk. Möcüzələrə inanıram və əminəm ki, faciədə sağ qalanlar var", - Vaşinqton ştatının fövqəladə hallar departamentinin rəhbəri Con Penninqton deyib.


Fəqət, xilasedicilər faciədə sağ qalmış bir nəfəri də tapmayıblar.


"Əfsuslar olsun ki, bunu təəssüf, acı ilə bildirməliyik", - yerli yanğınsöndürmə xidmətinin rəisi Trevis Hots deyib.


8 yaralı xəstəxanadadır. Onların arasında 6 aylıq uşaq da var. Həkimlərin dediklərinə görə, uşağın vəziyyəti kritikdir.

ABŞ prezidenti Barak Obamanın göstərişi ilə Vaşinqton ştatındakı sürüşmə zonasında fövqəladə vəziyyət elan olunub.


Vaşinqton ştatındakı Sietl şəhərindən 80 km şimaldakı Snohomiş bölgəsindəki sürüşmə şənbə günü leysan yağışları nəticəsində baş verib.


30 ev dağılıb, Darrinqtona gedən yol sıradan çıxıb. 100 il əvvəl salınmış kiçik balıqçı kəndi məhv olub. 5 metr hündürlüyündəki gil və palçıq layı evlərlə avtomobilləri "dəfn" edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm