Pensiyalar fevral ayından artırılmış məbləğlə ödəniləcək
Bizi izləyin

Qırmızı.az

Pensiyalar fevral ayından artırılmış məbləğlə ödəniləcək

Pensiyalar fevral ayından artırılmış məbləğlə ödəniləcək.

Bunu Publika.az-a Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr sektorundan bildiriblər.

Məlumatda bildirilir ki, DSMF yanvar ayının 15-nə şəhər və rayonlar üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb.

"Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının icrasından irəli gələn texniki işlər yekunlaşdırılmaq üzrədir. Əmək pensiyaçıları fevral ayı üzrə pensiyalarını artım tətbiq edilməklə alacaqlar.

Qeyd edək ki, 1 yanvar 2016-cı il tarixinə görə, Azərbaycanda 1 milyon 296 min pensiyaçı var.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm