Bu QHT-lər layihələrdən uzaqlaşdırılacaq - Azay Quliyevdən XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Bu QHT-lər layihələrdən uzaqlaşdırılacaq - Azay Quliyevdən XƏBƏRDARLIQ

“Bizim fəaliyyətimizdə hər hansı maddi çətinlik yoxdur. Ötən il həyata keçirilmiş layihələri bu il də həyata keçirəcəyik”.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev jurnalistlərə açıqlamasına bildirib.

Şura sədri qeyd edib ki, Şuranın fəaliyyətində hər hansı dəyişiklik yoxdur: “Biz keçən il maliyyə fəaliyyətinə qənaətlə yanaşdıq. O qədər də zəruri olmayan xərcləri təxirə saldıq. Nəticədə 340 min manat vəsaiti büdcəyə qaytardıq. Hesab edirəm, qənaət rejimi davam etməlidir. Cənab Prezident bununla bağlı öz təkliflərini verib və mövqeyini bildirib. Amma biz heç bir halda QHT-lərin layihələrinə vəsaiti azaltmamışıq. Əksinə, qüsurları olan layihələrin maliyyələşdirilməsini dayandırmışıq”.

A.Quliyev bildirib ki, 28 QHT Şuranın qiymətləndirmə sistemində az bal toplayıb. Həmin təşkilatlar layihələrin icrası ilə bağlı qeyri-kafi qiymət alıblar. Şura sədrinin sözlərinə görə, bəzi təşkilatlara sanksiyalar tətbiq ediləcək. Müvafiq öhdəlikləri pozan təşkilatlar iki il layihələrdən uzaqlaşdırılacaq: “Çalışırıq, hər hansı QHT-yə cinayət işinin açılmasına yol verməyək. Məqsədimiz QHT-lərə problem yaratmaq yox, onların problemlərini həll etmək, kömək etməkdir. Amma QHT-lər də anlamalıdırlar ki, bu, o demək deyil ki, güzəştlərimiz davamlı olacaq. Onlar da məsuliyyətlərini dərk etməli, müqavilə öhdəliyinə əməl etməlidirlər.

Əgər kimsə xəbərdarlıqdan nəticə çıxarmasa, müqavilə öhdəliyinə əməl etməsə, hüquq-mühafizə orqanlarına müraciət edəcəyik”.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm