900 kq-dan artıq kartof satışdan çıxarılıb
Bizi izləyin

Qırmızı.az

900 kq-dan artıq kartof satışdan çıxarılıb

Dövlət Fitosanitar Nəzarəti Xidməti bu il ərzində 948 kq kartofu satışdan çıxarıb.

Bu barədə Publika.az-a Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəis müavini əvəzi Yaqub Cəfərov deyib.

Y.Cəfərov bildirib ki, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin müfəttişləri tərəfindən istehlak bazarlarında mütəmadi monitorinqlər həyata keçirilir.

“Monitorinqlər zamanı yemlik və texniki sortlarının satışa çıxarılması hallarına rast gəlinməyib. Lakin cari ildə 948 kq kartof məhsulunun keyfiyyət göstəriciləri istifadə standartlarına uyğun gəlmədiyi üçün məhv edilərək satış dövriyyəsindən çıxarılıb”.

Y.Cəfərov əlavə edib ki, 2015-ci ildə Azərbaycana 120799 ton kartof məhsulu idxal olunub ki, bunun da 19857 tonu ərzaq kartofu, 942 tonu isə toxumluq kartofdur. Azərbaycana idxal olunan kartofun hamısı ərzaqlıq sortlardır.

“Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinə texniki və yemlik kartoflarla əlaqədar heç bir müraciət daxil olmayıb. İstehlak bazarında texniki və yemlik kartofun ərzaq kartofu kimi təqdim olunması ilə bağlı yayılan məlumatların isə heç bir əsası yoxdur. Ölkəyə yalnız Azərbaycanın dövlət reyestrlərinə daxil edilmiş və istehsalatda istifadəsinə icazə verilmiş kartof sortları (Radomişlskiy, Ukrainskıy rozovıy, Nevski, Meçta, İdeal, Temp, Laymdota, Filea, Solara, Nora, Aqriya, Lanra, Marabel, Mono Liza, Spinta, Arinda, İmpala və s.) gətirilir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm