Bakıda gölün üzərindən yol çəkilir - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakıda gölün üzərindən yol çəkilir - FOTO

Böyükşor gölünün kompleks bərpası istiqamətində işlər aparılır.



Bu barədə Day.az saytına İqtisadiyyat və Sənaye Nazirliyindən bildiriblər.



Məlumata əsasən, su hövzəsinin uzunluğu 10 km, eni 2 km, dərinliyi isə 2,3 metrdir. Gün ərzində gölə 14 600 kub.m çirkab suları axıdılır. Neft məhsulları və çirkab suları gölün çirklənməsinin əsas mənbəyidir.



Su hövzəsinin ekoloji cəhətdən bərpası prosesi iki mərhələdən ibarət olacaq. 2015-ci ilə qədər gölün 300 hektar sahəsi bərpa olunacaq. Gölün şimal hissəsində bənd quraşdırılacaq. Həmin bənd neftlə çirklənmiş suyun qarşısını alacaq.



Gölün qərb hissəsində 6-zolaqlı yol çəkiləcək. Yolun uzunluğu 1570 metr, eni isə 34 metr olacaq. Yol Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi şossesini birləşdirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm