“Azəriqaz” ölkə ərazisinə verilən qazın həcmini artırdı
Bizi izləyin

Qırmızı.az

“Azəriqaz” ölkə ərazisinə verilən qazın həcmini artırdı

“Soyuq hava şəraiti ilə əlaqədar bu gün respublika ərazisinə verilən qazın həcmi artırılıb. Hazırda respublika üzrə 29 milyon 928 min kubmetr qaz verilir”.

Bunu Publika.az-a “Azəriqaz" İB-nin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib.

Onun sözlərinə görə, bunun 17 milyon 125 min kubmetri paytaxt, 12 milyon 803 min kubmetri isə regionların payına düşür.

İ. Kərbəlayev həmçinin bildirib ki, hava şəraiti ilə əlaqədar “Azəriqaz” İB tərəfindən qaz təchizatını məhdudlaşdıran hər hansı planlı işlərin görülməsi təxirə salınıb.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm