Uşaq ölümü artıb - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Uşaq ölümü artıb - RƏSMİ

“Ötən il Azərbaycanda 267 döl 22-26 həftəlik olmaqla dünyaya gəlib. Onlardan 97-sini xilas etmək mümkün olub. Ümumilikdə, 2015-ci ildə uşaq ölümlərində cəmi 0,2% artım olub”.

Publika.az xəbər verir ki, bunu Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, baş pediatr Nəsib Quliyev diridoğulmanın beynəlxalq meyarlarına keçidlə əlaqədar ölkədə görülən işlərlə bağlı tədbirdə deyib.

Onun sözlərinə görə, diridoğulmanın yeni meyarı odur ki, 22 həftəlik hamiləlik müddəti və bədən kütləsi 1 kq olan döl diridoğulmuş sayılır. Bura yalnız ürək döyünməsi yox, həm də əzələlərin inkişaf etməsi də aiddir”.

İSİM-in Layihələrin Əlaqələndirilməsi Şöbəsinin müdiri Səbinə Babazadə isə son 10 ildə səhiyyə sahəsində aparılan islahatlar nəticəsində ana ölümlərinin sayının azaldılmasına nail olunduğunu bildirib: “Uşaq 1000 qramdan aşağı doğulubsa, deməli, ananın səhhətində müəyyən problemlər olub. Hamiləliyi uğurla başa çatdırmaq üçün ananın fiziki aktivliyi vacibdir. Hər bir xəstəliyin profilaktikası ilə məşğul olmaq həmin xəstəliyi müalicə etməkdən daha sərfəlidir. İki ildən sonra 1000 qramdan aşağı diridoğulma halları ilə rastlaşmayacağıq. Uşaq 500 qramla doğulursa, deməli, problem ciddidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm