XX əsrin əvvəlində hazırlanan çay dəsgahı Muzeydə - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

XX əsrin əvvəlində hazırlanan çay dəsgahı Muzeydə - FOTOLAR

Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına məişət mədəniyyətini özündə əks etdirən Avropa istehsalı çay dəsgahı daxil olub.

Muzeydən Publika.az-a verilən məlumata görə, 15 hissədən ibarət olan çay dəsgahı XX əsrin əvvəllərində Bakıda məşhur tacir Mikayıl Hüseynovun dükanı üçün Riqa şəhərinin Farfor fabrikindən sifariş olunmuş məhsullardandır.

Dəstin hər bir hissənin altında kiril əlifbası ilə rus dilində “Блестящий магазин- Микаила Усейнова. Баку тел. 29-74 JJPF” söz və hərfləri yazılıb.

Çay dəsti çinidəndir. Dəsgahın əşyalarındakı detallar nazik qızılı zolaqla haşiyələnmiş, hər birinin üzərində 4 növdə Avropa üslublu geyimlərdə qız və oğlan təsvirləri həkk olunub.

Çay dəsti XX əsrin əvvəllərində Azərbaycanın Avropa ilə iqtisadi-mədəni əlaqələrinin əhatə dairəsini öyrənilməsi, xalqın məişətində müasirləşmə meyllərinin sürətlənməsini izləmək üçün əhəmiyyətli materiallardır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm