Məleykə Abbaszadə TQDK-nın ləğvindən danışdı
Bizi izləyin

Qırmızı.az

Məleykə Abbaszadə TQDK-nın ləğvindən danışdı

"Ölkədə müəyyən struktur islahatları aparılır. Siyasi qərar qəhul olunarsa, biz ona tabe olacağıq. Ancaq hələ ki, TQDK-nın hansısa quruma birləşdirilməsi ilə bağlı heç bir müraciət daxil olmayıb. Üzümü valideynlərə, abituriyentlərə tutub deyirəm ki, heç bir qərar abituriyentlərə zərbə vurmayacaq, onların bilikləri bütün halda obyektiv qiymətləndiriləcək".

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib.

Komissiya sədri qeyd edib ki, bu ilin orta məktəb məzunları üçün buraxılış imtahanı ötənilki qayda ilə keçiriləcək, yalnız imtahan nəticələrinin qiymətləndirilməsi dəyişdiriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm