Azərbaycan fotoqrafları bir araya gəldi
Bizi izləyin

Qırmızı.az

Azərbaycan fotoqrafları bir araya gəldi

Publika.az-ın verdiyi xəbərə görə, bir neçə peşəkar fotoqraf birləşərək, yeni sayt yaradıblar. Bu sayt birbaşa fotoqrafiya ilə bağlıdır. İstər bu sahənin peşəkarı, istər həvəskarı, istərsə də fotoqraf axtarışında olan insanlar üçün yeni yaradılmış sayt əvəzsiz işlər görəcək.

Layihə ilə bağlı danışan saytın təsisçisi fotojurnalist Məhəmməd Türkmən bunları deyib: "Fotoqraflar.com saytının adından da bəlli olduğu kimi, bütün işi fotoqrafiya ilə bağlıdır. Saytımız üzərində bir müddətdir ki, iş gedirdi. Artıq bu gündən etibarən saytımız hər kəsə xidmət göstərəcək. Bu layihə Azərbaycanda bir ilkdir. Saytımızda peşəkar fotoqraflar qeydiyyatdan keçib. Onlar çəkdikləri fotoları, videoları, öz yazılarını, köşələrini, reportajlarını, bloqlarını sayta heç bir senzura olmadan yerləşdirirlər”.

Bundan başqa, saytda fotoqrafiya üzrə dərslər göstərilir. Bu dərslər videolu və ya yazılı formada həyata keçirilir. Bir müddət sonra Azərbaycanın ən tanınan fotoqrafları həvəskarlara pulsuz təlimlər keçəcəklər. Bu sahəyə marağı olanlar üçün belə bir şərait yaradılıb. Peşəkar fotoqraflar üçün isə, yeni kameraların və onların aksesuarlarının incələnməsi bölməsi var ki, bu da yeni məhsullar haqqında Azərbaycan dilində məlumat almaq istəyənlərə şərait yaradır.

M.Türkmən bildirib ki, saytıın digər bir üstünlüyü isə fotoqraf axtarışında olanların işini asanlaşdırmasıdır. Belə ki, hər hansı bir şəxs xeyir iş, tədbir və ya digər məsələlər üçün fotoqraf axtaran zaman sayta baş çəkərək, öz istədiyini burada rahatlıqla tapacaq, vaxtına qənaət etmiş olacaq. İstifadəçilər sayta daxil olaraq, buradakı peşəkar fotoqrafların əl işlərinə baxıb, istədiyi şəxslə əlaqə saxlaya biləcəklər.

Sayt həvəskar fotoqrafları da unutmayıb. Onlar üçün xüsusi bölmə ayrılıb. Burada onların fotoları yer alacaq. Bir müddət sonra həmin fotolar arasında səsvermə olacaq və qaliblərə hədiyyələr təqdim ediləcək. Həmçinin, istənilən şəxs online sual-cavab bölməsi ilə fotoqrafiya ilə bağlı sualları fotoqraflaraünvanlaya və qısa zamanda cavab ala biləcək.

Hazırda saytda çalışanlar bu işi təmənnasız edirlər. Xərcləri öz ciblərinfəb qarşılayırlar. Məqsədimiz Azərbaycanda fotoqraf sənətinə dəstək verməkdir.

Fotoqraflar.com saytı daimi yenilənəcək və Azərbaycan fotoqrafiyasına öz dəstəyini verəcək.

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm