Meyiti tapılan neftçinin kimliyi bəlli oldu - RƏSMİ
Bizi izləyin

Qırmızı.az

Meyiti tapılan neftçinin kimliyi bəlli oldu - RƏSMİ

Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.

SOCAR-dan Publika.az-a verilən məlumata görə, ekspertlərin rəyinə əsasən, cəsəd “Neftqaztikinti” Trestində çalışmış Səmədov Xoşbəxt Xanış oğlunundur.

Dekabrın 4-də təbii fəlakət nəticəsində Neft Daşlarındakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm