17 kişidə süd vəzi xərçəngi aşkarlandı
Bizi izləyin

Qırmızı.az

17 kişidə süd vəzi xərçəngi aşkarlandı

2014-cü il ərzində 1400-ə qədər qadın və 17 kişidə süd vəzisinin xərçəngi aşkarlanıb.

Bunu Publika.az-a açıqlamasında Milli Onkologiya Mərkəzinin mamoloqu Elgül Əsgərova deyib.

Onun sözlərinə görə, istər qadın, istərsə də kişilər arasında süd vəzi xərçənginə yoluxan xəstələrin sayında ilbəil artım müşahidə edilir:

“Kişilər adətən sonuncu mərhələdə müraciət edirlər. Çünki onlar xəstə olduqlarını düşünmürlər.Ona görə də xəstəlik digər orqanlara yayılmış formada aşkar edilir. Əvvəlki illərlə müqayisədə qadınlar daha erkən mərhələdə əsasən, 2-ci mərhələdə müraciət edirlər. Lakin son illər süd vəzi xərçənginin daha erkən yaşlarda aşkarlanması halları artıb. Hətta 18 yaşlı xəstələrimiz olub. Onlarda xəstəlik əsasən genetik yolla mutasiya nəticəsində yaranır. Ana və nənəsində süd vəzi xərçəngi olan qızların bu xəstəliyə yoluxma ehtimalı yüksək olur. Hazırda Milli Onkologiya Mərkəzində genetik analiz aparmaq üçün laboratoriya mövcuddur”.

Süd vəzi xərçəngi ilə bağlı müraciətlərin artdığını deyən onkoloq bütün qadınların 35 yaşdan sonra ildə bir dəfə mamoqrafiya müayinəsindən keçməli olduğunu bildirib:

“Bundan başqa, qadınlar özlərini müayinə edə və ultrasəs müayinəsindən keçə bilərlər”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm