Qırmızı.az
Ev tikənlərə ŞAD XƏBƏR: qaydalar dəyişdi
Azərbaycan Respublikasının Nazirlər Kabineti “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları” və “İstehlakçıların su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulması üçün texniki şərtlərin verilməsi və qoşulması Qaydaları”nda dəyişiklik edib.
Publika.az-ın məlumatına görə, baş nazir Artur Rasi-Zadənin imzaladığı qərarda deyilir:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 27 avqust tarixli 234 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehlakçıların elektrik enerjisi (gücü) alması üçün texniki şərtlərin verilməsi və enerji təchizatı şəbəkəsinə qoşulması Qaydaları”nın 2.6-cı bəndi aşağıdakı redaksiyada verilsin:
“2.6. Tikintisinə icazə tələb olunmayan, həmçinin, Şəhərsalma və Tikinti Məcəlləsinin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri üçün texniki şərt sifarişçinin bilavasitə müraciəti əsasında tikinti obyektinin yerləşdiyi əraziyə xidmət edən ETM (Enerji Təchizatı Müəssisəsi – red.) tərəfindən verilir”.
İkinci Qaydaya dəyişiklikdə göstərilir ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 79.2-ci və 80-ci maddələrinə əsasən barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri, həmçinin tikintisinə icazə tələb olunmayan tikinti obyektləri üçün texniki şərtlər (tələb edilən gücdən asılı olmayaraq) həmin yaşayış evinin və ya tikinti obyektinin məxsus olduğu sifarişçinin STKM-ə bilavasitə müraciəti əsasında verilir.
Məlumat üçün bildirək ki, Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan obyektlər aşağıdakılardır:
Maddə 79. Tikintisinə icazə tələb olunmayan tikinti
obyektləri
79.1. Mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində
aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb
olunmur:
79.1.1. hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir
mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı
və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;
79.1.2. xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60
kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və
çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200
kubmetr olan hovuzların;
79.1.3. hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq
sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni
daşdan olan hasarlar da daxil olmaqla);
79.1.4. hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma
dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr
olan su çənləri qüllələrinin;
79.1.5. kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna
bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının,
açıq avtomobil dayanacaqlarının;
79.1.6. tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin;
79.1.7. fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən
tikinti obyektlərinin;
79.1.8. təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı
xətlərinin;
79.1.9. bu Məcəllənin 70.2-ci maddəsinin tələblərinə əməl
edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən
çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı
tikililərin;
79.1.10. hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300
kvadratmetr olan istixanaların və oranjereyaların.
79.2. Bu Məcəllənin 79.1.1, 79.1.2 və 79.1.9-cu maddələrində
nəzərdə tutulan ölçülərin hədlərini keçən obyektlərin tikintisinə
məlumatlandırma icraatı şamil olunur.
Adıçəkilən məcəlləyə görə, barəsində məlumatlandırma icraatının tətbiq olunduğu tikinti obyektləri bunlardır:
Maddə 80. Məlumatlandırma icraatı
80.1. Mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və
aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin
tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və
onların tikintisi üçün tikinti layihəsinin yalnız
memarlıq-planlaşdırma bölməsinin hazırlanması tələb olunur.
80.2. Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış
evlərinin tikintisinə icazənin alınması tələb olunmur.
80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan yaşayış
evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi müvafiq
ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib
edilməlidir.
80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə
müvafiq icra hakimiyyəti orqanına məlumat verir və yaşayış evinin
layihəsinin memarlıq-planlaşdırma bölməsini bu Məcəllənin 80.1-ci
və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun
yoxlanılması üçün həmin orqana təqdim edir. Müvafiq icra
hakimiyyəti orqanı tərəfindən 3 ay müddətində layihəyə dair irad
sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya
bilər.
80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən yaşayış evinin tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
İqtisadiyyat şöbəsi
-
Nida Xəbər 10:48
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?