Vərəmlə mübarizə məqsədilə yeni proqram qəbul olundu
Bizi izləyin

Qırmızı.az

Vərəmlə mübarizə məqsədilə yeni proqram qəbul olundu

Nazirlər Kabineti “2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı”nın təsdiq edib.

Publika.az xəbər verir ki, Tədbirlər Proqramının məqsədi Azərbaycan Respublikasında vərəm xəstəliyinin yayılma səviyyəsinin aşağı salınması və bu xəstəliklə bağlı əlilliyin və ölüm hallarının azaldılmasıdır.

Proqramda vərəm xəstəliyinin profilaktikasının, erkən diaqnostikasının və müalicəsinin yaxşılaşdırılması, vərəm əleyhinə müəssisələrin maddi-texniki bazasının möhkəmləndirilməsi, xəstələrin vərəm əleyhinə preparatlarla davamlı təminatı, vərəm əleyhinə xidmətin kadr potensialının gücləndirilməsi və əhalinin vərəmlə mübarizə sahəsində maarifləndirilməsi qeyd olunub.

Proqramda nəzərdə tutulub ki, həyata keçiriləcək tədbirlər xəstəlik hallarının erkən aşkar edilməsinə, aşkar edilmiş xəstələri vaxtında müalicəyə cəlb etməklə, sağalma səviyyəsinin yüksəldilməsinə, tibb müəssisələrində epidemiya əleyhinə tədbirləri gücləndirməklə xəstəxanadaxili yoluxmaların qarşısının alınmasına, eyni zamanda vərəmli xəstələrin qeydiyyatının yaxşılaşdırılması və vərəmlə bağlı əlillik və ölüm hallarının azaldılmasına səbəb olacaq.

Mərkəzi Referens Laboratoriyası, Sumqayıt, Xaçmaz,Lənkəran, Bərdə Vərəm Əleyhinə Xəstəxanaları və Ədliyyə Nazirliyinin ixtisaslaşdırılmış müalicə müəssisəsi vərəmin diaqnostikasının yaxşılaşdırılması məqsədi ilə vərəm əleyhinə tibb müəssisələrinin müasir laboratoriya avadanlığı ilə təchiz edilməlidir. Bununla yanaşı vərəmin erkən diaqnostikası məqsədi ilə tibb müəssisələri spesifik sınaq vasitələri ilə təmin ediləcək.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, vərəm xəstəliyi ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir. 2013-cü ildə dünyada 9 milyon insan vərəmə yoluxub və 1,5 milyon insan bu xəstəlikdən vəfat edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm