Magistraturaya qəbul ŞƏRTLƏRİ
Bizi izləyin

Qırmızı.az

Magistraturaya qəbul ŞƏRTLƏRİ

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikasının təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiya sının magistraturalarına tələbə qəbulu elan edib.

TQDK-dan Publika.az-a verilən məlumata görə, magistraturaya qəbul imtahanında iştirak etmək üçün bakalavrların ərizələrinin qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək istəyən bakalavrlar fevralın 10-dan 19-dək TQDK-nın internet saytının müvafiq səhifəsinə (eservices.tqdk.gov.az/ erizemag/erize) daxil olaraq şəxsiyyət vəsiqəsindən (seriyasından, nömrəsindən və FİN kodundan) və TQDK-nın virtual ödəmə kartındakı iş nömrəsi və şifrdən istifadə etməklə oradakı "Bakalavrın elektron ərizəsi" formasını doldurub, təsdiq edir (etdirir). Virtual ödəmə kartını internetödəmə və ya SMS xidmətləri vasitəsi ilə əldə etmək olar (ətraflı məlumateservices.tqdk.gov.az/e rizemag/erize internet səhifəsin dəki aktual keçidlərdə verilmişdir). Azərbaycan Respublikasında yerlə şən ali təhsil müəssisələrini biti rən və Azərbaycan Respublikasının vətən daşı olan bütün bakalavrlar “Bakalavrın elektron ərizəsi”ni internet vasitəsilə özləri təsdiq etməlidirlər. Digər bakalavrlar ərizələrini tələb olunan sənədlər i TQDK tərəfindən yaradılmış Sənəd Qəbulu Komis­si­yalarına şəxsən təqdim etməklə təsdiq etdirməlidirlər.

Qəbul imtahanı test üsuluilə iki mərhələdə keçirilir. İmtahanın birinci mərhələsi martı n 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək. Birinci mərhələdə bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviy­yəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq.

Birinci mərhələdəki nəticələri TQ DK tərəfindən qoyulmuş minimal tələbləri ödəyən bakalavrlar proqram seçimi nə buraxılacaqlar. Həmin bakalavrlar mayın 3-dən 10-dək elektron ərizələrinə daxil olaraq bitirdikləri bakalav r ixtisasına uyğun qəbul proqramın ı seçib təsdiq etməlidirlər. İmtaha nın ikinci mərhələsində bakalavr­ların ixtisas üzrə bilikləri seçdikləri proqrama əsasən test üsulu ilə onlara 50 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunmaqla yoxlanılacaq.

Magistraturaya ixtisaslaşma seçimi imtahanın ikinci mərhələsinin nəticələri elan olunduqdan sonra - 2016-cı il iyunun 9-dan 19-dək olan müddətdə aparılacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm