Bu gün bu rayonlar qazsız qalacaq - SİYAHI
Bizi izləyin

Qırmızı.az

Bu gün bu rayonlar qazsız qalacaq - SİYAHI

Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Suraxanı rayonlarının, Abşeron, Qazax rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Bakı Regional qaz istismarı Departamentinin tabeçiliyində olan inzibati rayonların ərazilərində istismarı dayandırılmış qaz xətlərinin şəbəkədən ayrılması, qaz xətlərində aşkar olunmuş sızmaların ləğvi, Yeni Günəşli qəsəbəsi A/B massivində yerləşən 262 saylı körpələr evi-uşaq bağçasına çəkilmiş qaz xəttinin qaz təchizatı mənbəyinə birləşdirilməsi və Qazax rayonunda diametri 159 mm-lik qaz xəttinin yerinin dəyişdirilməsi zərurəti ilə əlaqədar 10 fevral 2016-cı il tarixdə saat 09:30-dan işlər yekunlaşanadək Nizami rayonu 8-ci km qəsəbəsində, Sabunçu rayonu Maştağa qəsəbəsində, Xəzər rayonu Buzovna qəsəbəsində, Suraxanı rayonu Bülbülə qəsəbəsi və Yeni Günəşli massivində, Abşeron rayonu Mehdiabad qəsəbəsində, həmçinin saat 10:00-dan – 18:00-dək isə Qazax şəhərinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm