Qırmızı.az
Azərbaycanda 13 mindən çox Türkiyə vətəndaşı işləyir
2016-cı il fevral ayının 1-nə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan əcnəbilərin sayı 1,24 faiz artıb. 2016-cı ilin yanvar ayı ərzində Fond tərəfindən əlavə olaraq 347 nəfər əcnəbi vətəndaşa fərdi şəxsi hesab açılıb və nəticədə sistemdəki əcnəbilərin sayı 28 215-ə yüksəlib.
Fonddan Publika.az-a verilən məlumata görə, dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 87,83 faizini (24 780 nəfər) kişilər, 12,17 faizini (3 435 nəfər) isə qadınlar təşkil edir.
Ümumilikdə 118 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (13 431 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 3037-yə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1718-ə çatıb.
Sonrakı yerlərdə Hindistan (1073), İran İslam Respublikası (984), Çin Xalq Respublikası (863), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (596) Pakistan İslam Respublikası (550), Banqladeş Xalq Respublikası (486), Ukrayna (464), Özbəkistan (286) , Filippin (257), Almaniya (256), ABŞ (252), Qazaxıstan (224), Türkmənistan (214), İtaliya (200), Bosniya və Hersoqovina (162), Polşa (139), Malayziya (121) və s. ölkələr gəlir.
Gülnar Əliyeva
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi