Əbülfəs Qarayevdən xalq artistlərinə XƏBƏRDARLIQ
Bizi izləyin

Qırmızı.az

Əbülfəs Qarayevdən xalq artistlərinə XƏBƏRDARLIQ

“İstər xalq artisti olsun, istər sıravi insan, fərq etməz. Münasibətlərdə etik normalara riayət olunmalıdır”.

APA-nın xəbərinə görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev son zamanlar Azərbaycanda bəzi xalq artistləri arasında yaranan gərginliyə münasibət bildirərkən deyib.

Nazir bildirib ki, xalq artisti, yaxud digər insanlar öz mədəniyyətini cəmiyyətin mədəniyyətinə uyğunlaşdıra bilmirsə, öz haqqında ciddi düşünməlidir: “Bəzən soruşurlar ki, nazirlik buna necə reaksiya verir? Hər hansı insan mənim yerimdə otursun, buna necə reaksiya verər? Bu, sadəcə, mənəvi baxımdan xalqlımızın mədəniyyətini alçaltmaqdan və özünü xalq qarşısında gözdən salmaqdan başqa bir şey deyil.

Bu adı daşıyan, cənab prezident tərəfindən yüksək fəxri ada layiq görülən insan bu adı alçaltmamalıdır, sözlərinə, ifadələrinə nəzarət etməlidir”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm