Masallı - Yardımlı yolu çökdü
Bizi izləyin

Qırmızı.az

Masallı - Yardımlı yolu çökdü

Masallı-Yardımlı yolunun 17-ci kilometrliyində 150 metr yol çöküb.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.

Onun sözlərinə görə, yolda çökmə baş verdiyindən asfalt hissə tam dağılıb. Artıq həmin yolda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb:

“Həmin yol iki suayırıcının arasında yerləşdiyindən sürüşməyə meyillidir. İlkin ehtimala görə, çökməyə səbəb sudur. Bu sahələrdə yeraltı sular çox səthdədir. Bundan başqa, yağış sularının da sürüşməyə səbəb olması istisna edilmir. Artıq əraziyə alternativ yol çəkilib. Bundan sonra görüləcək işlər icra hakimiyyətinin nəzarətindədir”.

Ə.Piriyev bildirib ki, bu, həmin yolda ilk sürüşmə deyil.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm