Qırmızı.az
Dini komitədən vəhhabilərə sərt xəbərdarlıq
Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Azərbaycandakı "sələfi" adlandırılan dini qrupların KİV-də yaydığı qarşılıqlı ittihamlarla bağlı bəyanat yayıb.
Bıyanatda deyilir ki, son günlər özlərini "sələfi"
adlandıran dini qrupların bir sıra nümayəndələri arasındakı
qarşılıqlı ittihamların kütləvi informasiya vasitələrində və sosial
şəbəkələrdə yayılması müşahidə edilir. Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsi tərəfindən aparılan monitorinqin nəticələrinə
əsasən, "fətva" xarakterli ittihamlar və sözügedən qruplaşmaların
digər hərəkətləri ölkədə mövcud olan tolerantlıq mühitinə zidd
hallara yol verilməsi, insan hüquqlarının pozulması, cəmiyyətdə
çaşqınlıq yaradılması və şəri məsələlərlə bağlı fətva vermək
səlahiyyətlərinin mənimsənilməsi ilə müşahidə olunur. Bu səbəbdən
sözügedən gərginlik hansı zəmində yaranmasından asılı olmayaraq,
ölkədəki mövcud dini duruma və respublikamızın beynəlxalq imicinə
mənfi təsir göstərməkdədir.
Cəmiyyətdə dini sabitliyin, müxtəlif məzhəb və dini cərəyanlara
mənsub dindarlar arasında dözümlülüyün təmin olunması istiqamətində
fəaliyyət göstərən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaranmış
vəziyyəti yaxından müşahidə etməklə yanaşı, dini durumda sabitliyin
qorunması məqsədilə zəruri tədbirlər həyata keçirir.
Eyni zamanda, sözügedən açıqlama və materialların dini duruma
birbaşa mənfi təsiri, qarşılıqlı ittihamların kifayət qədər ciddi
olduğu və hüquqi qiymət verilməsinə zərurət yarandığı nəzərə
alınaraq, həmin materiallarda dini zəmində nifrət və ədavətin
yayılmasına zəmin olmasını, dini dözümsüzlüyə rəvac verilməsini və
Azərbaycan vətəndaşlarının xarici ölkələrdəki hərbi münaqişələrə
cəlb edilməsinə çağırış olmasını müəyyənləşdirmək məqsədilə
aparılan monitorinq və təyin olunmuş dinşünaslıq ekspertizasının
nəticələrinə uyğun olaraq, Dövlət Komitəsi tərəfindən, hüquqi
müstəvidə görülən tədbirlər də daxil olmaqla, bütün zəruri addımlar
atılacaqdır.
-
Sosial19:15
Cəsarət Valehova yeni vəzifə verildi? - YENİLƏNDİ
-
Ekologiya18:45
Hava ilə bağlı XƏBƏRDARLIQ
-
Nida Xəbər 18:15
Ermənistanla sərhəddə 40 dirək quraşdırıldı
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı