Evindən 600 qram tiryək, 100 qram heroin tapıldı - FOTO
Bizi izləyin

Qırmızı.az

Evindən 600 qram tiryək, 100 qram heroin tapıldı - FOTO

Narkotik vasitə alverçisi olan Salyan sakini saxlanılıb. Rayon polisinin keçirdiyi əməliyyat tədbirləri zamanı onun evindən 600 qramdan çox narkotik vasitə olan tiryək və 100 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Milli.Az CTV-yə istinadən xəbər verir ki, Salyan polis şöbəsinin növbətçi hissəsinə Ənnağı Hüseynov küçəsi, ev 91-də yaşayan rayon sakini, 53 yaşlıYaşar Məmmədəli oğli Əmənovun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olub. Daxil olmuş məlumat əsasında polis əməkdaşları dərhal hərəkətə keçiblər. Aparılan əməliyyat tədbirləri nəticəsində Yaşar Əmənov şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.



Hal şahidlərinin iştirakı ilə onun üzərinə baxış keçirilb. Baxış zamanı siqaret qutusunun içərisindən narkotik vasitə olan tiryək və heroin aşkarlanıb. Onun yaşadığı evə də baxış keçirilib. Fərdi yaşayış evinin ikinci mərtəbəsində axtarış aparılan zaman yumşaq oturacağın altından sellofondan 600 qramdan çox narkotik vasitə olan tiryək və bankanın içərisindən isə 100 qramdan artıq heroin aşkar edilərək götürülüb.

Faktla bağlı Salyan rayon polis Şöbəsində Cinayət Məcəlləsinin 234.4.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm