İİV-dən ölüm hallarını azaldacaq proqram təsdiqləndi
Bizi izləyin

Qırmızı.az

İİV-dən ölüm hallarını azaldacaq proqram təsdiqləndi

Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə “2016-2020-ci illər üçün İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı” təsdiq edilib.

Publika.az xəbər verir ki,Tədbirlər Proqramının məqsədi Azərbaycanda İİV infeksiyasının yayılma səviyyəsinin aşağı salınması, İİV-lə yaşayan insanların ömrünün uzadılması və həyat keyfiyyətinin yaxşılaşdırılmasıdır.

Tədbirlər Proqramının həyata keçirilməsi nəticəsində əhali, ilk növbədə İİV-ə yoluxmaya yüksəkriskli qruplar arasında İİV-in yayılma səviyyəsinin aşağı salınacağı, İİV-in anadan körpəyə ötürülməsi hallarının qarşısının alınacağı, erkən aşkarlanma, müalicə, qulluq və yardım vasitəsilə İİV infeksiyası ilə bağlı ölüm hallarının azaldılacağı və İİV-lə yaşayan insanların ömürlərinin uzadılacağı gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm