Qırmızı.az
Azərbaycanda Uşaq Məlumat Bankı yaradılır
Azərbaycanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılan Uşaq Məlumat Bankının bu ilin aprel-may aylarında istifadəyə verilməsi nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov deyib.
Onun sözlərinə görə, hazırda bankın yaradılması üçün işlər aparılır: "Banka ilkin olaraq, 2,5 milyon uşaq haqqında məlumatların yerləşdirilməsi nəzərdə tutulur. Uşaq məlumat bankına uşaqlarla bağlı bütün məlumatlar - onların nailiyyətləri, valideynləri, qohumları, valideyn himayəsindən məhrum olub-olmaması, uşağın dövlət uşaq müəssisəsinə yerləşdirilib-yerləşdirilməməsi, uşağın zorakılığa məruz qalıb-qalıb qalmaması, yaxud onun özü tərəfindən zorakılığın törədilib-törədilməməsi, bir sözlə uşaq haqqında bütün məlumatlar daxil edilir. Belə bir sistemin yaradılması çox əhəmiyyətlidir. Çünki gələcəkdə həmin sistem əsasında uşaqlara qarşı bütün zorakılıq faktları - məişət zorakılığı, insan alveri, o cümlədən, onların nailiyyətləri barədə bütün məlumatları ümumiləşdirərək təqdim edə biləcəyik. Bu da bizə uşaq siyasətinin formalaşdırılmasında böyük dəstək olacaq”.
E.Səfərov qeyd edib ki, Uşaq Məlumat Bankı yaradıldıqdan sonra məişət zorakılığı qurbanları ilə bağlı məlumat bankının yaradılması üçün texniki hazırlıq işlərinə başlanılacaq.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR