Qırmızı.az
"Köçəri" və "Yallı" YUNESKO-nun siyahısına daxil ediləcək
Azərbaycan qədim milli rəqslərdən olan “Köçəri”nin və
"Yallı" rəqsinin YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına
daxil edilməsi məqsədilə müvafiq sənədləri həmin quruma təqdim
etməyə hazırlaşır.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun
Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş
Əhmədli deyib.
Bu rəqslərin sırf türk düşüncəsinin nəticəsi olaraq meydana
gəldiyini və bu amilin də çox mühüm rol oynadığını deyən
A.Əhmədlinin sözlərinə görə, ermənilər “Köçəri” rəqsini
özününküləşdirmək istəyir. Ermənistan hətta bu rəqsi erməni milli
dəyəri kimi qeyri-maddi irs siyahısına daxil edilməsinə də
çalışır.
A.Əhmədli qeyd edib ki, hər bir ölkə YUNESKO-ya nominasiyaların
qəbulu üzrə sənədlərini iki ildən bir təqdim edə bilər.
Azərbaycanın Lahıc misgərlik sənəti üzrə nominasiyası sonuncu dəfə
2015-ci ildə qəbul edilib. Buna görə də Azərbaycan yalnız 2017-ci
ildə YUNESKO-ya bu nominasiya üzrə müraciət edə bilər. Buna görə də
sənədlərin həmin il təqdim edilməsi nəzərdə tutulur.
A.Əhmədlinin sözlərinə görə, YUNESKO-nun qeyri-maddi mədəni irs
siyahısına indiyədək Azərbaycanla bağlı 8 nümunə - muğam, Novruz
bayramı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılığı, Çövkən oyunu,
kələğayı və Lahıc misgərlik sənəti daxil edilib.
Qeyd edək ki, "Köçəri” rəqsi Azərbaycanda çox məşhur olan qədim
“Yallı” rəqsinin bir növüdür, hətta Azərbaycanın ən qədim tarixi
daş abidələrindən sayılan və eramızdan əvvəl 12-8-ci minillikləri
əhatə edən Mezolit dövrünə aid Qobustan qayalarının üzərində də
“Yallı” rəqsinin təsvirləri verilib. “Köçəri” rəqsi əsasən
Azərbaycanın ən qədim diyarlarından biri olan Naxçıvanda geniş
yayılıb.
Ermənistan mədəniyyət naziri Azərbaycanın qədim milli
rəqslərindən olan “Köçəri”nin erməni milli dəyəri kimi qeyri-maddi
irs siyahısına daxil edilməsi üçün YUNESKO qarşısında məsələ
qaldırıb.
Azərbaycan Müəllif Hüquqları Agentliyinin məlumatına görə,
Azərbaycan xalqına məxsus olan musiqi əsərləri, folklor nümunələri
və digər qeyri-maddi mədəni irs nümunələri uzun illərdən bəri
ermənilər tərəfindən zaman-zaman oğurlanılır, mənimsənilir və
erməni nümunələri kimi təqdim olunur. Buna misal olaraq, ermənilər
Azərbaycanın “Sarı gəlin”, “Süsən sünbül” və onlarca digər xalq
mahnılarını, “Yallı”, “Vağzalı”, “Köçəri”, “Uzundərə”, “Mirzəyi”
rəqslərini, qədim musiqi alətlərimizi (tar, balaban, zurna), hətta
məşhur Azərbaycan bəstəkarlarından Üzeyir Hacıbəylinin, Qara
Qarayevin, Fikrət Əmirovun əsərlərini, eləcə də müasir
bəstəkarlarımızın mahnılarını erməni nümunələri kimi təqdim etməyə
cəhdlər göstərirlər.
Agentliyin məlumatına görə, “Köçəri” rəqsinin ermənilərin milli rəqsi kimi qələmə verilməsinin elmi və tarixi əsasları yoxdur. Azərbaycanın qədim milli rəqslərindən olan “Köçəri”nin ermənilər tərəfindən özününküləşdirilməsi onların ilk cəhdi deyildir: “Belə cəhdlərdən biri kimi "Eurovision-2011" mahnı müsabiqəsinin final yarışmasını misal göstərmək olar. O zaman “Köçəri” rəqsini Ermənistan təmsilçisi erməni nümunəsi kimi təqdim etməyə çalışmışdı. Fakt ortaya çıxan kimi Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi bununla bağlı Ümumdünya Əqli Mülkiyyət Təşkilatına məktub göndərib”. (Trend)
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO