Qırmızı.az
Nazirlikdən Əbülfəs Qarayevin çıxışına REAKSİYA
Mədəniyyət və Turizm Nazirliyi nazir Əbülfəs Qarayevin İlhamə Quliyevanın vida mərasimindəki çıxışına aydınlıq gətirib
Nazirliyin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov APA-ya bildirib ki, fevralın 26-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycanın Xalq artisti mərhum İlhamə Quliyeva ilə vida mərasimində Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Azərbaycan xalqının ağır faciəsi olan Xocalı soyqırımı haqqında danışaraq şəhidlərimizə Allahdan rəhmət diləyib.
Nazir bildirib ki, İlhamə Quliyeva Azərbaycanı, onun müstəqilliyini sevən, onu hər yerdə təbliğ edən bir incəsənət xadimi idi. Təəssüf edirik ki, sensasiya xətrinə bəzi kütləvi informasiya vasitələrində nazir tərəfindən səsləndirilən fikirlər ümumi kontekstdən çıxarılaraq başqa mənaya yönəldilib. Xocalı faciəsi zamani Vətən uğrunda canlarından keçən, erməni vandallarının soyqırımına məruz qalaraq ən uca zirvəyə, yəni şəhidlik zirvəsinə ucalan şəhidlərimizə və bu gündə son mənzilə yola salınan sənətkar İlhamə Quliyevaya Allahdan rəhmət diləyirik. Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin müqəddəsliyini bir daha hörmətlə anırıq”, deyə Vüqar Şıxəmmədov qeyd edib.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR