Ünvanlı sosial yardımları ASAN müəyyənləşdirsin - TƏKLİF
Bizi izləyin

Qırmızı.az

Ünvanlı sosial yardımları ASAN müəyyənləşdirsin - TƏKLİF

"Azərbaycanda ünvanlı yardımın təyini prosesi təkmilləşdirilməkdədir. Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 37 nömrəli qərarına əsasən, həmin qaydalar ləğv edilib, yeni redaksiyada mütərəqqi müddəaların əks olunduğu "Ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydaları" təsdiq edilib. Yeni Qaydalarda yardımın təyin olunmasından imtina siyahısından təhsil haqqı və kredit öhdəliyi məsələləri çıxarılıb. Bununla belə, təkmilləşdirmə işinin davam etdirilməsi zəruridir".

"Report"un məlumatına görə, bu barədə "Azərbaycanda İnsan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında" İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsmanın) 2015-ci il üzrə illik məruzəsində bildirilir.

Müvəkkil əlçatanlığın təmin olunması üzrə tədbirlərin davam etdirilməsini, ünvanlı dövlət sosial yardımının, habelə əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsinin də "ASAN xidmət" mərkəzlərinə həvalə olunmasının sürətləndirilməsini məqsədəuyğun hesab edir: "Əhalinin sosial rifahının gücləndirilməsi və sosial təminat hüququnun etibarlı müdafiəsi naminə mövcud çatışmazlıqların aradan qaldırılması və sosial təminat sisteminin davamlı olaraq təkmilləşdirilməsi və möhkəmləndirilməsinin sosial yönümlü iqtisadi siyasət yürüdən dövlətimizin qəti tələbi olduğunu rəhbər tutaraq, regionlardakı sosial müdafiəsi mərkəzlərinin fəaliyyətinə ciddi nəzarət sisteminin, habelə ictimai nəzarətin tətbiq edilməsi, əsaslı şikayətlərə səbəb olan məmurların cəzalandırılması üçün tədbirlərin davam etdirilməsinə hələ də ehtiyac var".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm