Qırmızı.az
Türkmənistanlı diplomatlar Qafqaz Universitetində - FOTOLAR
Türkmənistanın Azərbaycandakı səfirliyinin konsulu BatIr Qedjenov və attaşesi Atamırad Ballıbayev Qafqaz Universitetində ölkələrinin müstəqilliyinin 25 illiyi münasibətilə görüş keçiriblər.
Publika.az xəbər verir ki, universitetin müəllim və tələbələrinin iştirak etdiyi görüşdə səfirliyin attaşesi Atamırad Ballıbayev 25 ildə əldə olunmuş nailiyyətlərlə bağlı mühazirə oxuyub.
Qeyd edib ki, ötən 25 il Türkmənistan tarixinə qızıl hərflərlə yazılıb:
“Müstəqilliyimizi əldə etdikdən bu günədək heç bir ölkənin daxili və xarici siyasətinə müdaxilə etmədik. Amma bu o demək deyil ki xarici əlaqələrimiz yoxdur. Biz bütün dövlətlərlə iqtisadi və siyasi əlaqələr qururuq. İstəyirik ki dünyada sülh olsun. Dövlətlər silahlanmasın, əksinə insanların sosial rifahına diqqət yetirsinlər. YUNESKO Türkmənistanda 25 abidəni öz siyahısına daxil edib.
2017-ci ildə 21 növdə ASİYA İdman Oyunları keciriləcək. Bu tədbirlər bir daha bizim siyasətimizin istiqamətini göstərir. Ağsaqqallara bizim mentalitetimizdə böyük hörmət göstərilir. Ailədə olduğu kimi dövlətimiz də ağsaqqal məsləhətinə önəm verir. “Yaşlılar məsləhəti” adlanan Ağsaqqallar Şurasına Prezident hər il hesabat verir. Onların məsləhətinə həm dövlət, həmdə xalq əməl edir”.
Mühazirənin sonunda Türkmənistanla əlaqəli suallar cavablandırılıb.
Vasif Həsənli
-
Sosial13:00
Əhməd Əhmədova ailə mülkiyyətindən pay düşürmü? - Vəkil danışdı
-
Dünya12:20
Ukrayna üçün şok proqnoz: "Sadəcə öləcək!"
-
Sosial11:45
Emin Ağalarovun ev verdiyi qadın görün kim imiş - VİDEO
-
Sosial11:30
Bakıda taksilərlə bağlı bu problem həll olunur: Daha narazılıq olmayacaq?
-
Sosial10:40
Azərbaycanlılara xaricdə ev aldıran səbəblər
-
Nəqliyyat10:00
Bakıda bir istiqamətdə hərəkət qismən məhdudlaşdırıldı
-
Elm və təhsil09:00
Bağçada işləyən müəllimlərə imtahanda hansı suallar veriləcək?
-
Magazin208:30
55 yaşlı Lopezdən nəfəskəsən FOTOSESSİYA