Qırmızı.az
5 yaşlı Ömərin öldüyü xəstəxananın rəhbəri: "Onlara deyilmişdi"
“5 yaşlı Ömər Fətəliyev valideynlərinin israrlı təkidi ilə klinikamıza yerləşdirilib. Onlar uşağın yaşamasının 1% şanı olsa belə, klinikaya qəbul etməyimizi istəyiblər. Bizim Klinikanın həkim reanimatoloqu da A.Qarayev adına 2 saylı Uşaq Xəstəxanasında uşağa baxıb və yaşama şansının çox aşağı olduğunu deyib”.
Bunu Publika.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasının direktoru Surxay Musayev 5 yaşlı Ö.Fətəliyevin ölümü ilə bağlı ailənin iddialarına cavab verərkən deyib.
“Bizim klinikaya yerləşdiriləndə uşaq komada olub, işığa, ağrı-qıcığına reaksiyası olmayıb, fizioloji reaksiyası sönüb, zondla yedizdirilib, temperaturu 40 dərəcə olub. Həkim bir daha valideynlərinə xəbərdarlıq edib, lakin ailənin təkidi ilə uşaq martın 7-də klinikamıza saat 19:36-da köçürülüb. İntensiv müalicə başlasa da, valideynlərinə vəziyyətinin kəskin olduğu barədə məlumat verilib. Martın 9-da axşam saat 19:16-da qəflətən ölüm baş verib. Çünki qan təzyiqini normal saxlamaq üçün dopomin deyilən dərman vurularkən qəfildən təzyiq düşüb və uşaq ölüb. A.Qarayev adına uşaq xəstəxanasında olarkən uşağın mədəsində qan laxtası olduğu müəyyən edilib. Həmin qan analiz edilib. Mikroskopik müayinədən sadəcə qan görünüb, başqa heç nə aşkarlanmayıb. Mədədə qanama olduğu bildirilib. Bizim klinikaya gələndə beyin ödemi olub,ensofolit əlamətlər, törədicisi məlum olmayan pnevmaniya olub. Uşaq bizə daxil olanda artıq sepsis olmuşdu. Bununla yanaşı, kalsium mübadiləsi pozulmuşdu, qaraciyər həddən artıq böyümüşdü. Belə halların nəticəsi olaraq uşaq dünyasını dəyişib. O, klinikamızda qaldığı iki gün müddətində 24 saat həkim nəzarətində olub. Bu vaxta qədər klinikamızda 20-25 belə uşaq müalicə olunub, tam sağalıb. Ö.Fətəliyevin ölüm səbəbi beyin ödemi, ensofolit, septik vəziyyətin ağırlaşmasıdır. Bildiyiniz kimi, uşaq bizim klinikaya gətirlənə qədər 4 xəstəxanada olub”.
Bu cür ağır xəstəliklərin birdən-birə baş verməsinin nə qədər real olduğuna gəlincə, S.Musayev uşaq barədə əvvəldən məlumatlı olmadıqlarından konkret fikir irəli sürə bilmədiklərini deyib.
“Uşaqda bu vəziyyətin nə vaxtdan formalaşdığını deyə bilmirik. Belə hallar tədricən olur, bəzən valideynlər diqqət etmir. Xəstəliklərə adi yanaşılır, sonra belə bir vəziyyət yaranır. Lakin bu halların yaranması səbəbi, xəstəliyin nə vaxtdan yarandığını araşdırmaq üçün də vaxtımız olmadı. İki gün ərzində əsas məqsəd uşağı həmin vəziyyətdən çıxarmaq olub”.
Mədədəki qan laxtasının mədəyə zond yeridilməsi zamanı baş verməsi iddiasına gəldikdə, baş həkim bununla razılaşmadı.
“Həmin zondlar mədəni zədələyəcək qədər sərt olmur. Zond mədədə qıvrıla bilər, lakin mədəni deşməsi mümkün deyil”.
Uşağın ölüm xəbəri verilərkən klinikada 400 manat ödəniş tələbinə gəldikdə, S.Musayev bildirdi ki, xəstəxanadan çıxan hər kəsdən klinikaya qalan borcu və klinikanın ona olan borcu barədə məlumat verilməsi tələb edilir:
“Nazirlər Kabinetinin qərarı ilə klinikamız təsərrüfat hesablıdır. Ölüm və ya sağalma ilə klinikadan ayrılmasından asılı olmayaraq, xəstəyə faktura kəsilir. Onlara da klinikadan ayrılanda 409 manat borclarının olduğunu deyiblər. Borca görə uşağı verməsək, bu qəbahət olardı. Lakin ölüm faktı olanda borcu olsa belə, xəstəxanadan çıxmasına mane olmuruq. Famil Fətəliyevə də borcu barədə məlumat verilib”.
Qeyd edək ki, martın 9-da Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasınında 5 yaşlı Ömər Fətəliyev dünyasını dəyişib. Atası Famil Fətəliyev oğlunun həkim məsuliyyətsizliyi səbəbindən öldüyünü idda edib.
Gülxar
-
Nida Xəbər 16:14
Putin İlham Əliyev və Paşinyanla ikitərəfli görüş keçirəcək
-
Nida Xəbər 15:32
Durov Azərbaycana nə məqsədlə gəlibmiş? - Emin Ağalarov detalları açıqladı
-
Kriminal14:58
Arvadını və körpəsini öldürən Fəridə hökm oxundu
-
Region13:16
Bayramov və Mirzoyan arasında xüsusi görüş olacaq? - Moskvada İCLAS BAŞLAYIR
-
Avropa12:38
Ukrayna müharibəsi cəmisi 15 günə başa çatacaq: Borelldən sensasion açıqlama
-
Nida Xəbər 11:36
General Bərxudarov vəzifədən azad olunmasına belə reaksiya verdi: "Bu söhbətin başını buraxın"
-
İqtisadi gündəm11:00
Neft həftəyə bu qiymətlə başladı
-
Sosial10:30
Yeni qanun: Müəllimləri təhqir edənlər 12 min manata qədər cərimələnəcək