Qırmızı.az
Avtovağzalda sərnişin sayı avtobusların sayından 5 dəfə çoxdur
Martın 18-də Bakı Beynəlxalq Avtovağzalından regionlara 621 reyslə 15 mindən çox sərnişin daşınıb ki, bu rəqəm əvvəlki illərlə müqayisədə iki-üç dəfə çoxdur. Bu gün isə Avtovağzalda səhər saatlarından indiyə kimi daşınan sərnişinlərin sayı 18 mini ötüb.
Bu barədə Publika.az-a Dövlət Avtomobil Nəqliyyatı Xidməti mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı bu gün Bakı Beynəlxalq Avtovağzalında yaranan sıxlığa aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, bütün ehtiyat avtobuslar hazırda müvafiq xətlər üzrə sərnişindaşımanı həyata keçirirlər: “Bu dəqiqələrdə regionlara 700-dən çox avtobus yola salınsa da, hələ də sərnişin sıxlığı davam etməkdədir. Bugünkü sıxlığın ən başılca səbəblərindən biri , sərnişin sayının (məhz bugünkü tarix üçün) fəaliyyət göstərən avtobus sayından 4-5 dəfə çox olması, həmçinin, sərnişinlərinin əksəriyyətinin biletsiz olması və regionlara səfər üçün məhz bugünkü tarixi seçmələridir. Çünki, adi günlərdə 400-450 avtobusla sərnişin daşınması həyata keçirirlirdisə, bu gün 700-dən çox avtobus xəttə çıxarılsa da, sərnişin sayı dəfələrlə çoxdur. Avtovağzala bu gün gələn və gəldiyi saatda gedə bilməyən sərnişinlərə isə Dövlət Avtomobil Nəqliyyatı Xidməti hələ 1 ay əvvəl səfərlərini öncədən planlaşdırmağı tövsiyə etmişdi. Nəzərə alsaq ki, regionlar üzrə biletlər isə avtobus sayına uyğun satılır, deməli bileti əvvəldən almaq lazım idi. Günün sonunda sərnişindaşıma üzrə bugün qeydə alınan dəqiq statistikanı isə növbəti gün diqqətinizə çatdırcağıq”.
Gülxar
-
Ekologiya14:00
Sabahla bağlı əhaliyə XƏBƏRDARLIQ
-
Elm və təhsil13:37
Azərbaycanda fəlsəfə doktoru vəfat etdi - FOTO
-
MDB13:26
Kaş qolu yox, boynu qırılardı... - Medvedev təəssüfləndi
-
Magazin213:05
Milyarderin xanımı transparan geyimi ilə diqqət çəkdi - FOTO
-
Ekologiya12:32
Həftənin ilk günü hava necə olacaq? - PROQNOZ
-
Kriminal11:19
Paytaxtda QANLI GECƏ: ailə üzvləri yaşadıqları evdə bıçaqlandılar - YENİLƏNDİ
-
Dünya11:05
İran bu ölkə ilə sərhədi BAĞLADI
-
İKT08:36
"Telegram"dan möhtəşəm YENİLİK: onu sata da bilərsiniz