Qırmızı.az
Mart soyqırımı Almaniyada da anıldı
Berlin Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Alman-Azərbaycan Gənclər Assosiasiyası 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Berlində Brandenburq darvazası önündə etiraz nümayişi keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, aksiya iştirakçıları erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri əks etdirən vərəqələr yaymaqla, plakatlar və şüarlarla alman ictimaiyyətinin, eləcə də turistlərin diqqətini bu qanlı hadisələrə cəlb etməyə çalışıb. Aksiyaçılar yerli sakinlərlə tək-tək söhbət edərək bu faciənin tarixindən bəhs ediblər.
Avropa Azərbaycanlıları Konqresi (AAK) isə 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Avropa Parlamentinin İnsan Hüquqları Komitəsinə, parlamentin üzvlərinə, Almaniyanın və digər Avropa ölkələrinin müxtəlif ictimai-siyasi qurumlarına, dövlət və qeyri-dövlət təşkilatlarına mətbuat açıqlaması göndərib. Alman və ingilis dilində hazırlanmış açıqlamada 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımı, etnik təmizləmə siyasəti haqqında ətraflı məlumat verilir və aradan 96 il keçməsinə baxmayaraq, bu cinayətlərə hələ də hüquqi qiymətin verilməməsi vurğulanır.
-
Dünya11:20
İnauqurasiyadan sonra Putinin ilk xarici səfəri: Tarix açıqlandı
-
Magazin210:44
Məşhur aparıcı millət vəkili ilə evlənir - FOTO
-
İqtisadi gündəm10:22
Azərbaycandan toyuq əti bu ölkələrə göndərilə bilər: Bahalaşacaq
-
Sosial10:05
“Green card”a müraciət edənlərin NƏZƏRİNƏ
-
Region09:48
Türkiyə ordusunun daha bir hərbçisini ildırım vurdu
-
Sosial09:29
Elektrik və qazla bağlı yeni qərar qiymətlərə necə təsir edəcək? - VİDEO
-
Magazin108:40
“Yalı çapkını“na vida etdi - FOTO
-
Dünya08:10
Günəşdə güclü partlayış oldu: bir neçə ölkədə radio rabitələri kəsildi