Qırmızı.az
SAM-ın nümayəndə heyəti Yunanıstanda səfərdədir
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin müdiri Vüsal Qasımlı, aparıcı elmi işçisi Heydər Mirzə və mətbuat xidmətinin rəhbəri Mehriban Həsənova Yunanıstanda səfərdədirlər.
SAM-dan bildiriblər ki, martın 31-də nümayəndə heyəti “Azərbaycan-Yunanıstan iqtisadi əlaqələr: imkanlar və çağırışlar” mövzusunda beynəlxalq konfransda iştirak etmişlər.
Konfrans Beynəlxalq İqtisadi Əlaqələr İnstitutu (Afina),
Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar
Mərkəzi və Azərbaycan Respublikasının Yunanıstandakı səfirliyi
tərəfindən təşkil olunmuşdur.
Beynəlxalq İqtisadi Əlaqələr İnstitutunun direktoru Charalambos
Tsardanidis tədbiri giriş sözü ilə açdıqdan sonra Rövşən İbrahimov
“Azərbaycanın Qərbi və Şərqi Avropada enerji siyasəti”, Vüsal
Qasımlı “Azərbaycan və Yunanıstan arasında əməkdaşlıq: Enerji” və
Maks Papapostolou “Azərbaycanda biznes imkanları” mövzularında
çıxış etmişlər.
SAM-ın nümayəndə heyəti elə həmin gün Yunanıstan– Azərbaycan Gənclər Mərkəzində, Qara Dəniz Tədqiqatlar İnstitutunda görüşlər keçirmişlər.
Aprelin 3-dək davam edəcək səfər çərçivəsində “Qara dəniz və Cənubi Qafqazda Təhlükəsizlik: Yunanıstan və Azərbaycanın baxışı” mövzusunda konfransın keçirilməsi, Avropa və Xarici Siyasət üzrə Ellenik Fondunda (ELIAMEP) Razılaşma memorandumunun imzalanması, Xarici İşlər Nazirliyi, Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunda, Yunanıstan-Azərbaycan Gənclik Mərkəzi və Qara Dəniz Beynəlxalq Araşdırmalar Mərkəzində (ICBSS) görüşlər nəzərdə tutulmuşdur.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan